» » AZƏRBAYCANDA SOSİAL MƏNZİLLƏRİ KİMLƏR ALA BİLƏCƏK?

AZƏRBAYCANDA SOSİAL MƏNZİLLƏRİ KİMLƏR ALA BİLƏCƏK?

  • AZƏRBAYCANDA SOSİAL MƏNZİLLƏRİ KİMLƏR ALA BİLƏCƏK?Ramil Osmanlı: “İndiki şərtlər daxilində sosial mənzillərin əlçatanlığı çox aşağı səviyyədədir”

    Dekabrın 6-da prezident İlham Əliyevin fərmanı ilə təsdiq olunan 12 “Yol Xəritəsi”ndən biri də məhz “Mənzil təminatının inkişafına dair “Strateji Yol Xəritəsi”dir. Hansı ki, bu sənəddə ölkədə gənc ailələrin mənzil problemlərinin həll edilməsi qarşıya məqsəd qoyulub. Ancaq bu problemləri həll etməyə kiçilən büdcəmiz imkan verəcəkmi? Bu suala artıq zamanla cavab tapacağıq.
    Lakin, bu arada, paralel olaraq qanunsuz tikilən evlərin söküləcəyi barədə mətbutada məlumatlar da yer alıb. Bu “Mənzil təminatının inkişafına dair Strtaeji Yol Xəritəsi”nə görə qanunsuz tikilən evlər sökülərsə, bu nə ilə nəticələnəcək? Çünki Bakı şəhərində istənilən qədər qanunsuz tikili var.
    Bu və ya digər suallarımıza cavab almaq üçün Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı ilə əlaqə saxladıq:

    - Bu qərar bütün qanunsuz tikililərə şamil olunmur. Daha çox paytaxtın şəhərsalma ilə bağlı yeni strateji planına zidd olan, şəhərsalmanın müəyyən meyarlarına cavab verməyən tikililərə şamil olunur. Bakı şəhərində 500 min qanunsuz tikili var. Bu qərar bütün qanunsuz tikililərə şamil olunsa, bu böyük bir sosial partlayışa səbəb olar. Ona görə də inanmıram ki, hökumət bu addımı atsın. Mən “Strateji Yol Xəritəsi”ndə həmin müddəalarla tanış olmuşam. Bu, daha çox Bakı şəhərinin regional inkişaf planına cavab verməyən tikililərə şamil olunub. Bir də müvafiq dövlət qurumlarının balansında olan və mühafizə zolaqlarında olan tikililərə şamil olunur.

    - Sizcə, indiki böhran vəziyyətində “Mənzil təminatı ilə bağlı Yol Xəritəsi”nə nə kimi ehtiyac vardı?

    - Azərbycanda təkcə mənzil təminatı ilə bağlı yox, mövcud iqtisadi vəziyyətin yaxşılaşdırılması ilə bağlı ciddi islahatların aparılmasına ehtiyac var. Hesab edirəm ki, “Yol Xəritəsi” də bu addıma əsaslanan bir sənəd kimi hazırlanıb. Əlbəttə, “Yol Xəritəsi”nin hazırlanmsında məni də qane etməyən məqamlar var. Amma hesab edirəm ki, bilavasitə “Mənzi təminatı ilə bağlı Yol Xərtiəsi”ndə mühüm strateji məsələlərin öz əksini tapması Azərbaycanda uzun illərdən bəri mülkiyyət münasibətləri sahəsində yığılıb qalmış problemlərin həll olunmasına yönəlik qərarlardır. Məncə, buna ehtiyac var.
    AZƏRBAYCANDA SOSİAL MƏNZİLLƏRİ KİMLƏR ALA BİLƏCƏK?
    - Konkret olaraq sizi “Yol Xəritəsi”ndə qane etməyən məqamlar hansılardır?

    - Məni qanet etməyən məqamlar “Yol Xərtiəsi”nin bəzi məqamlarının müddətinin həddindən artıq uzun olmasıdır. Bunu hətta cənab prezident öz çıxışlarında da bildirir ki, mövcud iqtisadi vəziyyət Azərbaycan üçün qənaətbəxş deyil və qarşıdakı il bu ildən daha ağır il ola bilər. Bu baxımdan, hesab edirəm ki, daha çevik, daha dinamik strateji addımların atılması üçün iqtisadiyyatın inkişafı və real sektorun canlanması zərurəti var. Çünki həmin strateji planın icrası ilə bağlı nəzərdə tutulan maliyyə resurslarının bilavasitə daxili imkanlar hesabına ödənilməsi nəzərdə tutulur. “Yol Xəritəsi”nin icrası ilə bağlı lazım olan maliyyə resurslarının ödənilməsi ya Maliyyə Nazirliyinin, ya da Neft Fondunun imkanları hesabına həyata keçiriləcək. Hesab edirəm ki, bu, indiki şəraitdə diqqət olunası və təhlükəli məqamdır.

    - Sizcə, sosialyönümlü tikinti layihələrinin həyata keçirilməsi mənzil bazarına necə təsir edəcək?

    - Mən düşünmürəm ki, bu layihələrin həyata keçirilməsi mənzil bazarına təsir edəcək. Çünki bu qısamüddətli bir proqram deyil. Ona görə də hesab etmirəm ki, yaxın gələcəkdə, yəni 2-3 il ərzində bu məsələ Azərbaycanda daşınmaz əmlak bazarında əhəmiyyətli, ciddi həm qiymət baxımından, həm də aktivlik baxımından dəyişkiliyə gətirib çıxartsın .

    - Mənzil İnşaat Dövlət Agentliyinin yaxın gləcəkdə Bakı şəhərində, eləcə də rayonlarda gənc ailələlərin mənzil təminatını həll etmək perspektivini görürsünüz?

    - Hesab edirəm ki,bununla bağlı mühüm qərarlar qəbul olunarsa, dəyişikliklər olunarsa, çox əhəmiyyətli nəticələri ol bilər. Amma indiki şərtlər daxilində həmin sosial mənzillərin əlçatanlığı çox aşağı səviyyədədir. Təqribən indiki Sosial Mənzil Fondunun verilməsi, müzakirələrə paylanması daha çox ötən dövrlərdə ipoteka çərçivəsində sosial ipotekanın icrasına bənzər təəssürat formalaşdırır. Qərarlar daha çox buna oxşayır. Ona görə hesab edirəm ki, mənzillərin qiymətində, faiz dərəcələrində, eyni zamanda ilkin ödənişlərdə, yəni tələb olunan bu koteqoriyaların özündə müəyyən dəyişiliklər edilməlidir. Adından da göründüyü kimi, bu daha çox sosialyönümlü bir aksiyadır. Bu baxımdan, həmin layihənin sosial mahiyyətini artırmaq üçün hesab edirəm ki, faiz dərəclərinin azaldılmasına, eyni zamanda ödənişlərlə bağlı qərarlara yenidən baxmağa ehtiyac olacaq.

    - Mənzil İnşaat Dövlət Agentliyi yaranandan sonra,yəni aprel ayından bəri tikinti sektorunda və mənzil bazarında nə dəyişdi?

    - Düzünü deym ki, Mənzil İnşaat Dövlət Agentliyinin yaradılması ilə bağlı qərarların qəbulu, müzakirələrin aparılması, əksinə, mənzil bazarını passivləşdirdi. Bu da daha çox insanların psixoloji yanaşmasından irəli gələn bir məsələ idi. Bir çox qruplar, bir çox potensial alıcılar düşünürdü ki, dövlət elə sosial mənzilləri kimə gəldi paylayacaq. Ona görə potensial alıcıların bazardan çıxma tendensiyası baş verdi. Bazarda bir qədər alqı-satqı əməliyyatlarının məhdudlaşması prosesi getdi. Müraciətlərin sayı kəskin azaldı. Tələb həddindən artıq azaldı və bu qiymət azalmasına da təsir göstərdi. Amma son dövrlərdə artıq bazarda müəyyən nisbi dinamikanın müşhaidə edildiyini deyə bilərik. Hesab edirəm ki, artıq Sosial Mənzil Fondu ilə bağlı qərarların tam olarq qətiləşməsi, artıq potensial alıcı kütləsinin gözünü bu sahədən çəkdi.

    Şamo, Hurriyyet.org

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Haziran 2017    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    QALEREYA