» » Bu mərkəzdən çıxanlar… – “Təxminən 70 faizi 6-10 yaş, 30 faizi isə 11-15 yaş qruplarıdır”

Bu mərkəzdən çıxanlar… – “Təxminən 70 faizi 6-10 yaş, 30 faizi isə 11-15 yaş qruplarıdır”

  • Bu mərkəzdən çıxanlar… – “Təxminən 70 faizi 6-10 yaş, 30 faizi isə 11-15 yaş qruplarıdır”Azərbaycanda tennisin inkişaf etdirilməsi üçün 2008-ci ilin mart ayında Bakının 8-ci mikrorayonunda Bakı Tennis Akademiyasının tikintisinə başlanıb. Həmin obyektin isə ərazisi 2,7 hektardır.
    Deyilənə görə, idmanın bu növü ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb.

    Hər cür hava şəraiti üçün nəzərdə tutulan mərkəz

    Hurriyyet.org oxucularını bu dəfə Bakı Tennis Akademiyası ilə yaxından tanış edəcək. Mərkəzlə bağlı Azərbaycan Tennis Federasiyasının yığma komandasının baş məşqçisi Yalçın Manaflının dediklərini nəzərinizə çatdırırıq: “İlk olaraq mərkəzdən danışaq. Akademiyada 390 nəfərlik oturacaq sayı var. Beynəlxalq turnirlər və ya milli yarışların finalı məhz bu mərkəzi kortda keçirilir. Qapalı məkanda 4 məşq kortu var. Soyuq havalarda məşqlər məhz bu kortlarda keçirilir. Normal hava şəraitində isə çöldəki kortlarda məşqlərimizi davam edirik. Bundan əlavə, akademiyada böyük mərkəzi kortumuz da idmançıların ixtiyarındadır. Bu akademiyanın mərkəzində yerləşir. Həmin mərkəzi kortda isə bütün hava şəraitləri nəzərə alınıb. Çünki burada havanın yağışlı və ya günəşli olmasını nəzərə alaraq açılıb-bağlanan qübbə quraşdırılıb. Böyük mərkəzi kortda 2996 oturacaq sayı var. 3000 olması nəzərdə tutulsa da, sonradan 4 oturacaq ləğv edilmişdi. Çöldə məşq edənlər üçün ikimərtəbəli geyinib-soyunma binası da tikilib. İkinci mərtəbədəki otaqlar VİP sayılır. Tək nəfərlik istəklər üçün nəzərə alınıb. Qapalı mərkəzlərin isə geyinib-soyunma otaqları buradan fərqli olaraq içəridə yerləşir”.
    Baş məşqçi Yalçın Manaflının bildirdiyinə görə, akademiyada rəsmi 8 məşqçi, ştatdan kənar olaraq isə 4 əlavə məşqçi fəaliyyət göstərir. Ümumiyyətlə, Bakıda isə 17 nəfərə yaxın tennis üzrə məşqçi var.

    Valideynləri cəlb edən idman növü
    Bu mərkəzdən çıxanlar… – “Təxminən 70 faizi 6-10 yaş, 30 faizi isə 11-15 yaş qruplarıdır”

    Akdemiya ilə tanışlıqdan sonra baş məşqçi tennisə olan maraqdan və valideyinlərin övladlarını bu idman növünə yazdırmasından danışdı: “Hazırda akademiyamızda yüzə yaxın tennisçi məşq edir. Burada 6-15yaşa kimi uşaqlar hazırlaşır. Minumum yaş həddi 5-dir. Təxminən 70%-i 6-10 yaş qrupları, 30%-i isə 11-15 yaş qruplarıdır. İnanıram ki, bu uşaqlar 5-6 il sonra öz karyeralarında böyük zirvələrə sahib olacaqlar.
    Bundan başqa, bizim yığma qrupumuz var. Yığmada 16-18 yaş arasında yeniyetmələr var. Bunların içərisində perspektivli oyunçularımız da var. Çalışacağıq ki, qarşıdan gələn növbəti illərdə tennisçilərimizi ən titullu yarışlara çıxaraq.
    Gələn il üçün yarışlar baxımından təqvimimiz doludur. Sağ olsun bu idman növünün inkişafı üçün başda prezidentimiz, daha sonra federasiyamız, Gənclər və İdman Nazırliyi çox köməklik göstərir”.
    Daha sonra Yalçın Manaflı tennisin inkişafı üçün yaradılan şəraitdən də danışdı: “Cənab prezidentimiz İlham Əliyevin tapşırığı ilə bu akademiya fəaliyyətə başladı. Bilirsiz ki, federasiyamızın rəhbəri Oqtay Əsədovdur. Prezidentin tapşırığını yerinə yetirib bizim məşq edə bilməyimiz üçün bütün şəraitlər yaradıldı. Mən özüm məşq edən dövrlərdə, 6-7 il əvvəl belə şəraitlər yox idi. Əgər bu şərait bizə 10-15il əvvəl yaradılsaydı, bizdə tennis daha çox inkişaf edərdi”.

    Rayonlarda tətbiq...

    Sonda böyük məşqçi Yalçın Manaflı tennisin rayonlarda da tətbiqinə toxundu: “Şəxsən mənim federasiyamızın rəhbərinə, baş katibinə, akademiyanın bütün ali rəhbərliyə təklifim olmuşdu ki, tennis idman növü rayonlarda da tətbiq edilsin. Hazırda son vaxtlar Bakıda bu idman növünə maraq artıb. Çalışmalıyıq ki, tennisə rayonlarda da maraq oyadaq. İnanıram ki, qarşıdaki illərdə rayonlarımızda bu idman növünün tətbiqi üçün kortlar, mərkəzlər daha çox inşa ediləcək”.

    “Tennis elə bir idman növüdür ki ...”
    Bu mərkəzdən çıxanlar… – “Təxminən 70 faizi 6-10 yaş, 30 faizi isə 11-15 yaş qruplarıdır”

    Yalçın Manaflı özünün idmançı və məşqçi karyerası haqda da qısa məlumat verdi: “SSRİ dövründə tennis üzrə yığma komandanın üzvü olmuşam. Yığmanın tərkibində bir neçə turnirdə iştirak etmişəm. Sonra elə oldu ki, zədə aldım. Zədə səbəbindən təəssüf ki, idmandan uzaqlaşmalı oldum. Daha sonra hərbi xidmətə yola düşdüm. Tennisdən bir az uzaqlaşdım. Tennis elə bir idman növüdür ki, ondan tamamilə uzaqlaşmaq olmur. Hər neçə olur-olsun, yolun hardan keçsə də, gec-tez qayıdırsan. Tennis səni yenidən özünə doğru çəkən bir idman növüdür. Gördüm bu idman mənim həyat tərzimdir və qayıtdım məşqçi kimi fəaliyyət göstərməyə. 20 ildən çoxdur ki, məşqçi kimi fəaliyyət göstərirəm. 1991-93-ci illərdə federasiyanın tərkibində inspektor kimi, daha sonra isə məşqçilik etməyə başladım. Hazırda Azərbaycan milli komandasının baş məşqçisiyəm”.
    Onu da bildirək ki, mərkəzdə həm də Stolüstü Tennis Federasiyası üçün də yer ayrılıb. Baxmayaraq ki, başqa-başqa şəxslərin rəhbərliyi altında fəaliyyət göstərən qurumlardır. Həmçinin Mərkəzdə futzal zalı və üzgüçülük hovuzu da var.

    Aygün, Hurriyyet.org

    Bu mərkəzdən çıxanlar… – “Təxminən 70 faizi 6-10 yaş, 30 faizi isə 11-15 yaş qruplarıdır”

    Bu mərkəzdən çıxanlar… – “Təxminən 70 faizi 6-10 yaş, 30 faizi isə 11-15 yaş qruplarıdır”

    Bu mərkəzdən çıxanlar… – “Təxminən 70 faizi 6-10 yaş, 30 faizi isə 11-15 yaş qruplarıdır”

    Bu mərkəzdən çıxanlar… – “Təxminən 70 faizi 6-10 yaş, 30 faizi isə 11-15 yaş qruplarıdır”

    Bu mərkəzdən çıxanlar… – “Təxminən 70 faizi 6-10 yaş, 30 faizi isə 11-15 yaş qruplarıdır”

    Bu mərkəzdən çıxanlar… – “Təxminən 70 faizi 6-10 yaş, 30 faizi isə 11-15 yaş qruplarıdır”

    Bu mərkəzdən çıxanlar… – “Təxminən 70 faizi 6-10 yaş, 30 faizi isə 11-15 yaş qruplarıdır”

    Bu mərkəzdən çıxanlar… – “Təxminən 70 faizi 6-10 yaş, 30 faizi isə 11-15 yaş qruplarıdır”

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Mayıs 2017    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    QALEREYA