» » Millət vəkilinin xeyir-dua verdiyi idmançı 200 min dollar qazandı – FOTO/VİDEO

Millət vəkilinin xeyir-dua verdiyi idmançı 200 min dollar qazandı – FOTO/VİDEO

  • Ramal Aslanov: "Marta qədər döyüş yoxdur"

    Millət vəkilinin xeyir-dua verdiyi idmançı 200 min dollar qazandı – FOTO/VİDEO
    “Lord” ləqəbi ilə tanınan peşəkar döyüşçü Ramal Aslanov bu günlərdə Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən prestijli “The World Faith Fight” seriyasının super-finalında çıxış edib. Dünya Qran-Prisinin qalibi olan 24 yaşlı döyüşçümüz super-finalda keçən ilin Dünya Qran-Prisinin sahibi, çinli Lee Yinggang üzərində möhtəşəm qələbə qazanaraq, turnirin əsas mükafatını – 8.000.000 Çin yuanını (200.000 ABŞ dolları) qazanıb. Beləliklə, Ramal Aslanov Azərbaycanda ilk dəfə hər iki titula sahiblənən idmançı kimi də tarixə düşüb.
    [/b]
    "Rəqibim mənim sağ əlimi gözləyirdi..."

    Çempionumuz yarışdan yeni qayıtmasına baxmayaraq, məşqlərini bərpa edib. O şəxsi məşqçisi Hakim Hacıyevin rəhbərliyi altında məşqlərini davam etdirir.
    İdmançı qələbəsi və hazırlığı ilə bağlı Hurriyyet.org-a danışıb.

    "Bu il ərzində 9 görüş keçirmişəm, hər birini də qələbə ilə bitirmişəm. Bu döyüşə ilin əvvəlindən hazılaşırdım. Ötən ay Azərbaycan tarixində ilk dəfə dünya Qran-Pri turnirinin qalibi olmuşdum. Bu il isə 2015-16-cı illərdə Qran-Pri qalibləri olanlar qarşılaşdı. Bu döyüş – “Çempionlar çempionu” adlanırdı. Şükür ki, elə çempionu da özüm oldum.
    Rəqibim ötən ay çempion olub. Həmin çinli idmançı qran-prinin finalında qalib olandan sonra bu idmançıya qarşı hazırlaşmağa başladım. Rəqibimlə boy fərqimiz o qədər də çox deyildi. Elə mənim stilimdə döyüşürdü deyə, yarışı rahat başa vura bildim. Rəqibim bilirdi ki, mənim sağ əlim daha güclüdür. Ona görə də sağ əllə gələcək zərbənin müdafiəsinə köklənmişdi. Mən də birinci raund başlayandan sol əldən daha çox istifadə etdim, zərbələrimin də çoxu rəqibə dəqiq dəyirdi".

    Millət vəkili qəbul etdi və...

    "Vətənə qayıtdıqdan sonra AKF-nin rəhbəri, millət vəkili Adil Əliyev bizi qəbul etdi. Hətta Adil müəllimlə həm yarışdan əvvəl, həm də sonra görüşdük. Hətta yola düşəndə də federasiyamızın rəhbərinin xeyir-duası ilə yollandım. Ona minnətdaram ki, nəinki məni, heç bir idmançını diqqətdən kənar qoymur. Bildiyiniz kimi, hər il ilin yekunu ilə bağlı tədbir keçirilir. Orada builki yaxşı nəticələrimə görə mən də iştirak etmişdim. Cənab prezident İlham Əliyevlə də görüşümüz oldu, mükafatlandırıldım.. Cənab Prezident uğurlarıma görə məni təbrik etdi".

    Yarış olmasa da, məşqlərə davam...

    "Gördüyünüz kimi, məşqlərimi davam etdirirəm. Formada qalmağım üçün... Ancaq hələ ki, yaxın zamanda yarışımız yoxdur. Yəni 2017-ci ilin mart ayına qədər heç bir yarış olmayacaq. Ancaq məşqlərimiz davam edəcək. Mənim əziyyətimi çəkən məşqçim Hakim Hacıyevə minnətdarlığımı bildirirəm. Onun üzərimdə əməyi böyükdür".

    Aygün İlqarqızı, Hurriyyet.org



    Millət vəkilinin xeyir-dua verdiyi idmançı 200 min dollar qazandı – FOTO/VİDEO

    Millət vəkilinin xeyir-dua verdiyi idmançı 200 min dollar qazandı – FOTO/VİDEO

    Millət vəkilinin xeyir-dua verdiyi idmançı 200 min dollar qazandı – FOTO/VİDEO

    Millət vəkilinin xeyir-dua verdiyi idmançı 200 min dollar qazandı – FOTO/VİDEO

    Millət vəkilinin xeyir-dua verdiyi idmançı 200 min dollar qazandı – FOTO/VİDEO

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Haziran 2017    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    QALEREYA