» » “Futbol+” qəzetinin əməkdaşı oğurlandı – MÜLKİ GEYİMLİ 8 POLİS ƏMƏKDAŞI TƏRƏFİNDƏN

“Futbol+” qəzetinin əməkdaşı oğurlandı – MÜLKİ GEYİMLİ 8 POLİS ƏMƏKDAŞI TƏRƏFİNDƏN

“Futbol+” qəzetinin əməkdaşı oğurlandı – MÜLKİ GEYİMLİ 8 POLİS ƏMƏKDAŞI TƏRƏFİNDƏNTəxminən 1 saat əvvəl “Futbol+” qəzetinin jurnalisti Sərxan Musayev naməlum şəxslər tərəfindən oğurlanıb.
Bu haqda Hurriyyet.org-a “Futbol+” qəzetinin redaksiyasından məlumat verilib.
Məlumata əsasən, dünən 8 nəfər naməlum şəxs gün ərzində qəzetin redaksiyasını nəzarətdə saxlayıblar. İddia olunur ki, əlində ratsiya olan mülki geyimli şəxslər jurnalistin redaksiyadan çıxmasını gözləyiblər. Onlar redaksiyanın binası önündə bir neçə dəfə növbə dəyişsələr də, jurnalist işdən gecə saatlarında çıxdığından, belə anlaşılır ki, ya onun evə getməyəcəyini güman ediblər, ya da jurnalisti gözləməyə səbr etməyiblər.
Bir saat əvvəl isə S.Musayev redaksiyadan çıxaraq, yaxınlıqdakı mağazaya gedən zaman onun əlini-qolunu bağlayaraq, maşına basıblar.
Qonşuların verdiyi məlumata görə, jurnalisti həbs edən şəxslərdə bu gün də ratsiya olub və onlar həbsdən öncə tez-tez bir-biri ilə əlaqə saxlayırlarmış.
Bildirilir ki, mülki geyimli polis əməkdaşları olduğu şübhə doğurmayan həmin şəxslər Sərxan Musayevi dövlət nömrə nişanı 10-...-110 olan “S-Klass Mercedes” markalı maşına basaraq, dərhal da ərazidən uzaqlaşıblar.
“Futbol+” qəzetinin rəhbərliyi hadisə ilə bağlı aidiyyatı orqanlara müraciət edib. Hazırda S.Musayevin hansı səbəbdən oğurlandığı araşdırılır.

Hurriyyet.org

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ




«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
QALEREYA