» » Deputat Tarix İnstitutu ilə Təhsil Nazirliyini üz-üzə qoydu

Deputat Tarix İnstitutu ilə Təhsil Nazirliyini üz-üzə qoydu

  • Deputat Tarix İnstitutu ilə Təhsil Nazirliyini üz-üzə qoyduTəhsil Nazirliyi - “Qarabağın tarixi”nin tədrisi zərurətdən irəli gəlib”

    Tarix İnstitutunun direktoru Yaqub Mahmudov: “Azərbaycan tarixindən Qarabağ tarixinin ayrılması yanlışdır”

    Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Siyavuş Novruzovun 8-ci sinif rus dili bölməsində Azərbaycan və Qarabağ tarixinin ayrıca kitablarla tədris olunmasına dair fikir səsləndirməsi, bu fikirə Milli Məclisin sədri Oqtay Əsədov və Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun reksiyası, məsələyə Təhsil Nazirliyinin mövqeyini ləngitməyib.
    Nazirlik Hurriyyet.org-un sorğusuna belə cavab verib: “Ümumtəhsil məktəblərində tətbiq olunan tarix dərsliklərində Qarabağla bağlı müəyyən mövzular öz əksini tapıb. Eyni zamanda bəzi dərsliklərdə tarixi-xronoloji əsasda ermənilərin Qarabağa olan ərazi iddialarını, işğalçılıq siyasətini əks etdirən müəyyən məlumatlar da yer alıb. Tədris vəsaiti AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun “Qarabağtarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev və Şuşa Rayon Təhsil Şöbəsinin sabiq aparıcı məsləhətçisi, respublikanın əməkdar müəllimi Əyyub Əbdüləzimov tərəfindən hazırlanıb”.
    Nazirlik bildirib ki, ümumtəhsil məktəblərində tətbiq olunan tarix dərsliklərində Qarabağla bağlı müəyyən mövzular öz əksini tapıb.
    “Eyni zamanda bəzi dərsliklərdə tarixi-xronoloji əsasda ermənilərin Qarabağa olan ərazi iddialarını, işğalçılıq siyasətini əks etdirən müəyyən məlumatlar da yer alıb.
    Bununla belə, Qarabağ probleminin cəmiyyətdə diqqət mərkəzində olması və artıq beynəlxalq problemə çevrilməsi şagirdlərə Qarabağ ərazisi haqqında daha dolğun və ətraflı məlumatların çatdırılmasını zəruri edib. Bütün ümumtəhsil məktəblərinin VIII sinifləri üçün nəzərdə tutulan “Qarabağın tarixi” fakültativ kursunun həftədə bir saat olmaqla xüsusi proqram əsasında tədrisi də bu zərurətdən irəli gəlib.
    Deputat Tarix İnstitutu ilə Təhsil Nazirliyini üz-üzə qoydu

    Fakültativ kursun proqramı ilə yanaşı, bu kursun tədris vəsaiti də hazırlanıb. “Qarabağın tarixi” tədris vəsaitində Qarabağın yerləşdiyi tarixi ərazi, təbii-coğrafi xüsusiyyətləri, etimologiyası, ictimai-inzibati tarixi, əhalisinin etnik tərkibi, ermənilərin müxtəlif dövrlərdəki işğalçılıq siyasəti, eləcə də Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi sahəsində həyata keçirdikləri tarixi əhəmiyyətə malik fəaliyyətləri öz əksini tapıb.
    Yaqub Mahmudov isə deputat həmkarı Siyavuş Novruzovu tamamilə haqlı sayır. O da Hurriyyet.org-a açıqlamasında bildirdi ki, 8-ci sinifdə Azərbaycan tarixindən 2 dərsliyin – “Azərbaycan tarixi” və “Qarabağ tarixi” dərsliklərinin olması doğru deyil: “Bu məni təəccübləndirdi və haqlı olaraq S.Novruzovu müdafiə etdim. Narahat olduğum üçün faktı yoxladım. Yəqin etdim ki, orta məktəblərin 8-ci sinfində ancaq mənim həmmüəllif olduğum “Azərbaycan tarixi” dərsliyi tədris olunur. Başqa dərslik tədris olunmur. 8-ci sinfin “Azərbaycan tarixi” dərsliyində isə verilən saatlara müvafiq olaraq Qarabağ haqqında geniş məlumat verilir. Qarabağ xanlığı, Pənahəli xan Cavanşir, Şuşa-Pənahabad qalası, İbrahimxəlil xanın xarici siyasəti və başqa mövzular tədris olunur. Bu dərslik nazirlik tərəfindən çox ciddi müsabiqələr nəticəsində dərslik kimi təsdiq olunmuşdur. Aydınlaşdırdım ki, bundan əlavə nazirlik xətti ilə Azərbaycanın Qarabağ bölgəsinin tarixi barədə fakültativ kurs təşkil olunmuşdur. Həmin kurs vasitəsilə həftədə 1 saat şagirdlərə Qarabağ barədə əlavə məlumat verilir. Təhsil Nazirliyinin xüsusi əmri ilə göstərilən fakültativ kurs üçün 2 dildə - Azərbaycan və rus dillərində “Qarabağ tarixi” adlı tədris vəsaiti yazılmışdır. Bu isə dərslik deyil, göstərilən fakültativ kursun tədris vəsaitidir. Həmin vəsait Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutuna göndərilməmiş və institutun Elmi Şurasında təsdiq olunmamışdır.
    Fikrimcə, Azərbaycan tarixi ilə bağlı fakültativ kursların, o cümlədən Qarabağ tarixi və Azərbaycanın digər hər hansı bölgəsi ilə bağlı bütün fakültativ kursların tədris vəsaitləri nəşr olunmamışdan əvvəl Tarix İnstitutuna göndərilməli və institutun Elmi Şurasının rəyi nəzərə alınmalıdır.
    Düşünürəm ki, indiki mərhələdə ayrı-ayrı bölgələr üçün ayrıca tədris vəsaitlərinin yaradılmasına heç bir ehtiyac yoxdur.
    Ölkəmizin vahid tarixi vahid dərslik əsasında öyrədilməlidir. Heç bir halda vahid Azərbaycan tarixi ayrı-ayrı bölgələrin əlahiddə tarixi kimi tədris olunmalı deyil”.
    Binəqədi rayon 126 saylı orta məktəbin direktoru, tarix müəllimi Şəmsi Qoca isə Hurriyyet.org-a bildirib ki, 8-ci sinifin hən rus, həm Azərbaycan bölməsində Azərbaycan tarixi dərsliyində Qarabağın tarixinə cəmi 3 saat ayrılıb ki, bu da hazırkı şəraitdə Azərbaycan üçün ən böyük həll edilməmiş Qarabağ problemiylə müqayisədə çox azdır. Bu üzdən də Qarabağ tarixinin geniş tədrisinə ehtiyac var.

    Sevil, Hurriyyet.org

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Mayıs 2017    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    QALEREYA