» » Bakıda meyitləri aşkarlanan futbolçular haqda açıqlama - AFFA-da QEYDİYYATDAN KEÇMƏYİBLƏR

Bakıda meyitləri aşkarlanan futbolçular haqda açıqlama - AFFA-da QEYDİYYATDAN KEÇMƏYİBLƏR

Bakıda meyitləri aşkarlanan futbolçular haqda açıqlama - AFFA-da QEYDİYYATDAN KEÇMƏYİBLƏRAFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu virtualaz.org üçün kamerunlu futbolçuların ölüm xəbərini şərh edib.
“Bu futbolçuların ölüm xəbərini böyük hüznlə qarşıladıq. Həmin oyunçular barədə bizdə hər hansı məlumat yoxdur. Həvəskar olublar və AFFA-da qeydiyyatdan keçməyiblər”, - M.Nərimanoğlu deyib.

* * *15:04

Bakıda mənzildə meyitləri tapılan əcnəbi futbolçuların çıxış etdiyi klub müəyyən edilib.
Kamerunlu Pau Taken, Nikbenti Nombiye Leves və Nzemele Ezzambe Linusme həvəskarlar arasında Bakı kənd və qəsəbələrinin çempionatında çıxış edən “SabunçuSpor” klubuna çıxış ediblər.
Senan Nike əvvəllər “SabunçuSpor”un üzvü olsa da, sonradan klubdan kənarlaşdırılıb. (APA)

* * *11:02

Bakıda mənzildən meyitləri tapılan əcnəbilərin şəxsiyyəti müəyyənləşib.
Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanında baş verib.
Orada kirayədə yaşayan, Kamerun Respublikasının vətəndaşları – Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata dəm qazından boğularaq ölüb.
Polisdən həmçinin bildirilib ki, hadisə zamanı ölən iki nəfər - Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus tələbə, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata isə futbolçudur.
Əcnəbi tələbələr Texniki Universitetdə oxuyurmuş.
Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən istintaq araşdırması davam etdirilir. (APA)

* * *10:06

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Bakının Yasamal rayonunda mənzildə 5 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilə pəncərədən daxil olub və kirayədə qalan Kamerun Respublikasının vətəndaşları olan 5 nəfərin cəsədlərini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите код:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ




«    Mart 2017    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
QALEREYA