» » Araz Ağalarov Donald Trampı gözləyən təhlükədən danışdı

Araz Ağalarov Donald Trampı gözləyən təhlükədən danışdı

  • Araz Ağalarov Donald Trampı gözləyən təhlükədən danışdı“Trampla ünsiyyətdə olduğum vaxt, həmin xatdan isə xeyli zaman ötüb, onun Rusiyaya olan münasibəti xeyli müsbət idi. Komandasına topladığı insanlar dünya görüşünü və bizə olan münasibətini dəyişməsələr, düşünürəm ki, qarşılıqlı münasibətlərin perpektivləri çox yaxşıdır”.
    Bunu “Komsomolskaya pravda” nəşrinə müsahibəsində rusiyalı Azərbaycan əsilli oliqarx Araz Ağalarov bildirib.
    Araz Ağalarov onu da qeyd edib ki, ABŞ-ın seçilmiş prezidenti Donald Tramp onun ad günü münasibətilə təbrikinə cavab verib.
    “Əgər yayda qeyd etdiyi ad günü münasibətilə təbrikimi nəzərdə tutursunuzsa, əlbəttə ki, cavab verdi. Çox xoş təşəkkür məktubu idi”, - milyarder deyib.
    Prezident seçkilərində qələbəsi münasibətilə təbrikə Trampın cavab verib-vermədiyi ilə bağlı suala Araz Ağalarovun reaksiyası belə olub ki, Trampın hazırda buna vaxtı və imkanı yoxdur: “Düşünürəm ki, indi onun buna nə vaxtı, nə də imkanı var. Ümumilikdə, Amerikada Tramp əleyhinə isterika davam edir. Onlar (Trampın əleyhdarları – red.) davam edirlər... Bilmirəm, nəyə ümid edirlər – impiçmentə, yaxud başqa nəyəsə. Lakin ümumilikdə onu qaralamaq üçün kifayət qədər ciddi qüvvələr səfərbər olunub”.
    Araz Ağalarov onu da vurğulayıb ki, Donald Trampın inauqurasiya mərasiminə qatılmayacaq: “Yox, planlaşdırmıram...”

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Haziran 2017    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    QALEREYA