» » Qadir İbrahimli: “Məcburi köçkün ailələrində doğulan uşaqlara müavinətin kəsilməsi yanlış qərar idi”

Qadir İbrahimli: “Məcburi köçkün ailələrində doğulan uşaqlara müavinətin kəsilməsi yanlış qərar idi”

Qadir İbrahimli: “Məcburi köçkün ailələrində doğulan uşaqlara müavinətin kəsilməsi yanlış qərar idi”2016-cı il 31 dekabr tarixindən sonra doğulmuş məcburi köçkün uşaqları da yemək xərci üçün aylıq müavinətin verilmədiyi şəxslərin siyahısına daxil edildi. Bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 29 iyul 2016-cı il tarixli qərarı ilə “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”da edilən dəyişikliyə əsasən həyata keçirilib
Movzu ilə bağlı “Güzəran”Sosial Araşdırmalar Mərkəzinin sədri Qadir İbrahimli Hurriyyet.org-a bildirib ki, məcburi köçükün ailələrində doğulan uşaqlara ayrılan müavinət çox boyük vəsait deyildi: “Amma bütün hallarda bu məcburi köçkün ailələri üçün kömək idi. Onlara müəyyən bir dəstək verirdi. Təəssüf ki, bu yardımın kəsilməsi məcburi köçkün ailələrinin güzəranına mənfi təsir göstərcək. Ümumiyyətlə, Azərbaycanın sosial mühti getdikcə daha çox dözülməz xarakter alır. Ölkənin büdcə gəlirlərinin azalması hökuməti bir sıra xərcləri azaltmağa vadar edir. Ancaq hökumət lazımsız xərclərlərdən imtina etmək əvəzinə, sosial xərclərə əl gəzdirir. Sosial xərcləri bir az da azaldır. Hesab edirəm ki, məcburi köçkün ailələrində doğulan uşaqlara müavinətin kəsilməsi yanlış qərar idi. Hökumət yaxşı olardı ki, məcburi kökçünlərlə bağlı bu qərarı ləğv edib, köhnə sistemə qayıtsın”.
Q.İbarhimli onu da vurğuladı ki, söhbət yaxşı və ya ps yaşayan məcbiri köçkünlərdən yox, ümumiyyətlə, köçkünlərdən getməlidr: “Bunu biz ünvanlı şəkildə deyə bilmərik ki, hansısa qrup məcburi köçkünün vəziyyəti yaxşıdır. Ancaq ümumilikdə o müavinət həmin zümrəyə böyük dəstək idi”.
Şamo Emin, Hurriyyet.org
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите код:


MƏDƏNİYYƏT


REGİON
MÜSAHİBƏ




«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
QALEREYA