» » Qubad İbadoğlu: “FHN və ARDNŞ partlayışın səbəbi haqda açıqlama verməlidir”

Qubad İbadoğlu: “FHN və ARDNŞ partlayışın səbəbi haqda açıqlama verməlidir”

Qubad İbadoğlu: “FHN və ARDNŞ partlayışın səbəbi haqda açıqlama verməlidir”2016-cı il dekabrın 27-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində partlayış olmasına baxmayaraq, 2017-ci il 2 yanvar saat 07:00 radələrində yenidən həmin ərazidə partlayış oldu. Hər iki partlayışla bağlı iqtisadçı ekspert Qubad İbadoğlu Hurriyyet.org-a bildirib ki, ötən ilki "itki" köhnə qiymətlərlə, bu ilki "itki" isə böyük ehtimalla yeni qiymətlərlə silinəcək: “Bir neçə saatdan sonra söndürülən yanğından dəyən zərər yalnız maddi deyil, həm də ekoloji baxımdan qiymətləndirilməlidir. Hesab edirəm ki, təkrar partlayışın səbəbləri, eyni zamanda hər iki qəzadan dəyən ziyanın həm dəyər və həm də həcm göstəriciləri barədə Fövqəlada Hallar Nazirliyinin və həm də Azərbaycan Dövlət Neft Şirkətinin müvafiq qurumları açıqlama verməlidirlər. Çünki uçotu və hesabatı onsuz da dəqiq olmayan təbii qaz hasilatının bir hissəsi də son bir həftədə baş verən qəzaların hesabına "itki" kimi silinəcək”.
Şamo,Hurriyyet.org

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите код:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ




«    Mart 2017    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
QALEREYA