» » Maşrapov İstanbuldakı teraktda iştirakını təkzib etdi

Maşrapov İstanbuldakı teraktda iştirakını təkzib etdi

  • Maşrapov İstanbuldakı teraktda iştirakını təkzib etdiQırğızıstan vətəndaşı Yəhya Maşrapov, hansı ki, türk KİV-inin məlumatına görə, İstanbulda gecə klubuna hücuma cəlb olunmuş ola bilərdi, bildirib ki, terror aktına heç bir aidiyyəti yoxdur.
    Virtualaz.org bildirir ki, bu barədə AKİpress agentliyi xəbər yayıb.
    Agentliyin məlumatına görə, Maşrapov 3 yanvarda Türkiyədən Bişkek aeroportuna gəlib və artıq ölkənin Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən dindirilib.
    Maşrapov izah edib ki, 1 yanvarda ticarətlə bağlı işlərə görə Bişkekdən İstanbula gəlib. Amma qayıdarkən türk hüquq-mühafizə orqanlarının əməkdaşları onu təyyarədən endiriblər.

    * * *14:21

    Türkiyənin hüquq-mühafizə orqanları Yeni il gecəsi İstanbulun elit əyləncə məkanı “Reina”da avtomatla kütləvi qırğın törədib qaçan terrorçunun kimliyini nəhayət təsbit edə bilib.
    Belə ki, bu, 28 yaşlı Qırğızıstan vətəndaşı Yəhya Maşrapovdur. TRT telekanalı Qırğızıstanın dövlət qeydiyyat Xidməti tərəfindən Maşrapova verilmiş xarici pasportun surətini nümayiş etdirib. Habelə terrorçunun yeni videokadrları yayılıb. Buna baxmayaraq onun axtarışları hələ nəticə verməyib. Maşrapovun Türkiyəni tərk etdiyi istisna deyil.
    Xatırladaq ki, “Reina”da törədilmiş terror hücumunda 40 nəfər həlak olub, 64 nəfər yaralanıb.

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Haziran 2017    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    QALEREYA