» » Obama Moskvaya son zərbəni vurmağa hazırlaşır

Obama Moskvaya son zərbəni vurmağa hazırlaşır

  • Loading...
    Obama Moskvaya son zərbəni vurmağa hazırlaşırDemokratlar və respublikaçılardan ibarət ABŞ senatorları Qrupu bu həftə Rusiyaya qarşı sanksiyalar üzrə qanun layihəsini təqdim edəcəklər.
    Hurriyyet.org bildirir ki, publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu Merilend ştatından olan demokrat senator Ben Kardin jurnalistlərə bildirib.
    Qanun layihəsi Konqresə Rusiya barəsində əlavə sanksiyaları qəbul etməyə imkan verəcək. Senator qanun layihəsini Rusiyanın ABŞ-a qarşı haker hücumları ilə əlaqələndirib.
    Bundan başqa, senator qeyd edib ki, qanun layihəsi Rusiyanın Avropadakı, hər şeydən əvvəl Ukraynadakı fəaliyyəti ilə bağlı olacaq, həmçinin Suriya məsələsinə toxunulacaq.
    Xatırladaq ki, ABŞ prezidenti Barak Obama dekabrın 29-da Rusiya barəsində yeni sanksiyalar haqqında fərmanı imzalayıb. Sanksiyalara məruz qalan təşkilatlar arasında Federal Təhlükəsizlik Xidməti və Rusiyanın Silahlı qüvvələrinin Baş qərargahının Baş kəşfiyyat idarəsi də var.
    Bundan başqa, ABŞ Rusiyanın 35 diplomatını ölkə ərazisindən çıxarır. Rusiya diplomatlarının ABŞ-ı tərk etməsi üçün 72 saat vaxt verilib. Yüksək vəzifəli Amerika məmuru bildirib ki, Vaşinqtonun bu addımı Rusiya hakimiyyəti tərəfindən amerikalı diplomatların sıxışdırılmasına cavabdır.

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Ağustos 2017    »
    PtSaÇaPrCuCtPz
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    QALEREYA