» » 80 MİN UŞAQ MƏKTƏBƏ GETMİR

80 MİN UŞAQ MƏKTƏBƏ GETMİR

80 MİN UŞAQ MƏKTƏBƏ GETMİRHurriyyet.org bildirir ki, "Exo"» qəzetində «Azərbaycanda təhsil sistemindən kənar uşaqlar» sərlövhəli məqalə dərc olunub.
Müəllif yazır ki, ölkədə təhsilin səviyyəsi heç də ürəkaçan vəziyyətdə deyil: "Təəssüf ki, bu gün Azərbaycanda vətəndaşların çoxunun əsas məqsədi gündəlik çörək qazanmağa yönəlib və yaşamaq uğrunda mübarizə məktəb təhsilinin belə lazımsız edib".
Ekspert Yusif Bəkirov qəzetə bildirib ki, ölkədə nə qədər uşağın təhsildən yayınması ilə bağlı dəqiq statistika yoxdur. Amma müşahidələr göstərir ki, bu say az deyil. Ekspertin deməsinə görə, bu problem regionlarda xüsusilə kəskin hiss edilir: "Azərbaycanda şagirdlərin dərslərə davamiyyət prosesinə nəzarət yoxdur. Mən maddi çətinliklər yaşayan və buna görə də uşağını məktəbə apara bilməyən valideynləri qınamıram".
Y.Bəkirovun fikrincə, məktəblərdə daimi pul yığılması, proqramın yetərli olmaması valideynləri fənlər üzrə repetitorlar tutmağa vadar edib. Bu halda aztəminatlı ailələr uşaqlarına keyfiyyətli təhsil vermək imkanını qaçırmış olurlar.
Digər ekspert Nabil Seyidov da deyib ki, bəzi yoxsul ailələrdə uşaqları məktəbə göndərə bilmirlər. Uşaqlarını məktəbə göndərən yoxsullar da repetitorlar tutmurlar.
N.Seyidov da vurğulayıb ki, xüsusilə əyalətlərdə məktəbdən yayınma halları geniş yayılıb.
N.Seyidov məktəbə getməyən daha bir qrup kimi «küçə uşaqları»nı göstərir: "Onların sayı təqribən 2-5 min nəfər arasındadır. Təhsil ala bilməyən daha bir qrup isə əlilliyi olan uşaqlardır. Bu kateqoriyaya aid 63 min uşaqdan 10 min nəfəri təhsil ala bilmir. Bir sözlə ümumiləşdirmə aparsaq, təqribən 70-80 min nəfər uşağın təhsil sistemindən kənarda qaldığını söyləyə bilərik".
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите код:


MƏDƏNİYYƏT


REGİON
MÜSAHİBƏ




«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
QALEREYA