» » "Boavişta" Kamran Ağayevə rəqib tapdı

"Boavişta" Kamran Ağayevə rəqib tapdı

  • "Boavişta" Kamran Ağayevə rəqib tapdıKamran Ağayev və Emin Mahmudovun komandası "Boavişta" heyətini gücləndirib.
    Hurriyyet.org apasport.az-a istinadən xəbər verir ki, Portuqaliya klubu yeni qapıçı transfer edib.
    Kamran Ağayevin bir nömrəli dəri əlcək sahibi olduğu "Boavişta" "Muskron"da çıxış edən Vaqner da Silva ilə anlaşıb. Klublar arasında razılığa əsasən, 30 yaşlı braziliyalı qolkiper cari mövsümün sonuna qədər "Boavişta"da icarə əsasında çıxış edəcək.
    Bu keçid, bəlkə də, tez-tez Azərbaycana qayıtmaq istədiyini bildirən Kamran Ağayevin yolunu açmaq üçün reallaşıb. Hər halda Ağayev "Boavişta"da qalmasa, ikinci dövrədən etibarən çərçivə Vaqnerə həvalə ediləcək.
    Qeyd edək ki, 2010-cu ildən karyerasını Portuqaliyada davam etdirən Vaqner da Silva 5 il "Eştoril"də çıxış etdikdən sonra 2015-ci ildə "Muskron"a keçib.

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Mayıs 2017    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    QALEREYA