» » Məmurlara mağazalarda növbəyə durmaq qadağan olundu

Məmurlara mağazalarda növbəyə durmaq qadağan olundu

Məmurlara mağazalarda növbəyə durmaq qadağan olunduAğır iqtisadi böhran vəziyyətinə düşmüş Türkmənistanda hökumət məmurlara ciddi tapşırıq verib ki, ölkənin “çiçəklənməsi”ni imitasiya etsinlər. Məsələn, hər hansı mağazada çətin tapılan məhsula görə növbədə durmaq olmaz. Buna görə məmurları işdən azad olunmağa qədər cəzalandıra bilərlər.
Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, son günlər ABŞ dollarının “qara bazar”dakı məzənnəsi xeyli yüksəlib. Əgər oktyabr ayında 1 dolları 4,60 Türkmənistan manatına almaq mümkün idisə, indi qiymət az qala 10 manata çatır.
Yaxın dövrlərə qədər əhaliyə bəzi xidmətləri və əsas istehlak mallarını pulsuz olaraq təqdim edən ölkədə hazırda ən tapılmayan məhsullar siqaret, qənd, yağ, yumurta və toyuq budlarıdır.
Valyuta satışı talonla həyata keçirilir. Məsələn, əgər sizə Türkmənistanda valyuta lazımdırsa, hakimiyyət orqanlarının verdiyi kağız parçasında hansı bankın hansı filialına nə vaxt getməyin lazım olduğu göstərilir. Başqa heç cür dollar, yaxud avro ala bilməzsiniz. Əlbəttə ki, “qara bazar”ın yolunu bilmirsinizsə.
Başqa bir eybəcərlik isə mağazalarda yaşanır. Misal üçün, əgər malın üzərində 5 manat yazılıbsa, kassada sizdən asanlıqla həmin mala görə 8 manat ödəniş tələb edə bilərlər. Səbəb kimi isə satıcılar tezliklə komissiyanın gələcəyini və qiyməti daha ucuz göstərməyə məcbur olduqlarını deyirlər.
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите код:


MƏDƏNİYYƏT


REGİON
MÜSAHİBƏ




«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
QALEREYA