» » Ərəb turist: "İstanbulda gecə klubunda bir yox, üç nəfər qətliam törədib"

Ərəb turist: "İstanbulda gecə klubunda bir yox, üç nəfər qətliam törədib"

  • Ərəb turist: "İstanbulda gecə klubunda bir yox, üç nəfər qətliam törədib"
    İstanbulda Yeni il gecəsi "Reina" gecə klubunda olan Səudiyyə Ərəbistanı vətəndaşı Hasan Kaşıkçı klubda insanlara atəş açan terrorçuların 3 nəfər olduğunu bildirib.
    Hurriyyet.org
    APA-ya istinadən xəbər verir ki, "Al Arabiya" telekanalına müsahibə verən H. Kaşıkçı deyib ki, terror aktından 40 dəqiqə əvvəl həyat yoldaşı Məryəmlə "Reina" gecə klubuna gedib.
    Səudiyyə Ərəbistanının məşhur iş adamı Adnan Kaşıkçının qardaşı oğlu olan H. Kaşıkçı bildirib ki, gecə klubunda qəfil atəş səsləri gəlməyə başlayıb. H. Kaşıkçı gecə klubunda atəş açanların 3 nəfər və onlardan birinin qadın olduğunu söyləyib. Terrorçular tək-tək masalara yaxınlaşıb, həmin masa ətrafında olanları güllələdikdən sonra digər masalara yönəliblər. H. Kaşıkçı və həyat yoldaşı Məryəm dənizə atılaraq xilas olublar. Səudiyyə Ərəbistanından olan başqa bir qız isə dənizə atılmaq istəyərkən güllələnib. H. Kaşıkçı və həyat yoldaşı sudan çıxdıqdan sonra bir anbara sığınıb, dərhal Ciddədəki qardaşına zəng edib, polis tərəfindən xilas edilmələrini gözləyiblər. Səudiyyə Ərəbistanının rəsmiləri Türkiyə polisi ilə əlaqə saxlayıb, H. Kaşıkçı və həyat yoldaşının olduğu anbar barədə məlumat veriblər. H. Kaşıkçı anbarda gizlənərkən çəkdiyi bir vedeogörüntünü də paylaşıb.

    Ərəb turist: "İstanbulda gecə klubunda bir yox, üç nəfər qətliam törədib"

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Mayıs 2017    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    QALEREYA