» » "MTN işi"ndə dindirilən biznesmen: "Təzyiqdən bezib 2 milyon manat verdim"

"MTN işi"ndə dindirilən biznesmen: "Təzyiqdən bezib 2 milyon manat verdim"

  • "MTN işi"ndə dindirilən biznesmen: "Təzyiqdən bezib 2 milyon manat verdim"
    Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev, general-mayor Natavan Mürvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işində sahibkarlıq fəaliyyəti ilə məşğul olan "Bakı Tikinti" MMC, "Alfa" MMC və digər hüquqi şəxslərin rəhbəri Seyfullayev Kamal Məmmədağa oğlu zərərçəkmiş şəxs qismində tanınıblar.

    Hurriyyet.org
    report-a istinadən xəbər verir ki, ittiham aktında qeyd edilib ki, 2014-cü ilin dekabr ayında S.Qurbanovun imzaladığı və rəhbərlik tərəfindən təsdiq olunan xüsusi nömrəli tapşırıqlar əsasında K.Seyfullayevin və onun yaxın qohumu, rəhbərlik etdiyi şirkətlərin müdiri İbadov İlkin Məmməd oğlunun mobil nömrələri qanunsuz olaraq dinlənilib.
    Sabiq MTN əməkdaşları Bakı şəhəri Səməd Vurğun küçəsində, "Olimpik Star" əyləncə mərkəzinin yaxınlığında K.Seyfullayev və İ.İbadovun olduqları avtomaşını saxlanılaraq, əvvəl onlar "Sultan" kafesinə, daha sonra nazirliyin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin xidməti otaqlarına gətirilib. Zərərçəkmişlər iki sutka ayrı-ayrılıqda, istifadələrində olan mobil telefonları alınmaqla bir-birləri və ailə üzvləri ilə əlaqə saxlamalarına imkan verilmədən saxlanılıb. Dəstə üzvləri F.Əliyev, N.Alıyev və Z.Məmmədov vasitəsilə həmin şəxslərin barələrində guya qanunsuz nağdlaşdırma, əmtəəsiz əməliyyatlarda iştirak etmə, vergidən yayınmağa görə cinayət işi başlanacağı, həbs olunacaqları, ofis və avtomobilinə narkotik vasitələr yerləşdiriləcəyi, rüsvayedici məlumatlar yayılacağı, zor tətbiq ediləcəyi hədələnərək, K.Seyfullayevdən 2 milyon manat məbləğində külli miqdarda pul tələb edilib.
    Onların tutduqları vəzifələrinə görə hədələrinin real qəbul edən K.Seyfullayev həmin məbləğdə pulu verməyə razılaşıb. Daha sonra o, F.Əliyev, N.Alıyev və qeyriləri tərəfindən şirkətlərinin hesablaşma hesabının yerləşdiyi "Texnikabank" ASC-nin "Xəzər" filialına gətirilib. F.Əliyevin göstərişi ilə bank hesablarında qalıq pullarının məbləğləri müəyyənləşdirilib, 2 milyon manat əskinaslarında pullar hesablardan nağdlaşdırılıb çıxarılaraq, ona verilib. Bundan sonra 29 dekabr 2014-cü il tarixdə onlar MTN-in inzibati binasından azad edilib.
    K.Seyfullayev istintaqda verdiyi ifadəsində göstərib ki, "Bakı Tikinti" və "Alfa" MMC-lərin rəsmi müdiri və sahibi olmasa da, fəaliyyətlərinə rəhbərlik edib, faktiki olaraq qeyd olunan şirkətlər ona məxsus olub, hazırda adına olan "Fazenda" MMC-nin fəaliyyətinə rəhbərlik edir. O, 2014-cü ilin dekabrın sonunda axşam saat 19:00 radələrində bibisi oğlu İ.İbadovla birlikdə idarə etdiyi "Niva" markalı avtomobilldə olarkən, MTN əməkdaşları - F.Əliyev və Z.Məmmədov tərəfindən nazirliyə gətirildiklərini deyib. Onun sözlərinə görə, MTN binasında həmin şəxslər tərəfindən hədələnib. Zərərçəkmiş bildirib ki, F.Əliyev otaqda ona "bizneslə məşğul olursan və külli miqdarda pul qazanırsan, ona görə də pul verməlisən" deyib: "Mən ona "nə üçün halal qazandığım pulu sizə verməliyəm" sualını verdim və onlardan şikayət edəcəyimi söylədim. Füzuli Əliyev mənə Baş idarənin rəisi Sübahir Qurbanovun göstərişi ilə gətirildiyimi dedi, həmin şəxsin göstərişi ilə 2 milyon manat məbləğində pul verməyəcəyim təqdirdə, həbs ediləcəyimlə hədələndim".
    K.Seyfullayev ifadəsi zamanı N.Alıyev otağa 1 kiloqram heroin gətirdiyini söyləyib: "O mənə dedi ki, həmin heroini üzərimdən çıxarıb, hal şahidlərinin iştirakı ilə rəsmiləşdirərək, həbs edəcək.Əvvəl onların dediklərinə məhəl qoymadım və pul verməyəcəyimi bildirim. Təxminən 3 saatdan sonra foyedə İlkin İbadovu görsəm də, onunla danışmağa imkan verilmədi. Gecəni orada qaldıq. Səhəri gün, yəni 28 dekabr 2014-cü il tarixdə Natiq Alıyev, Fizuli Əliyev və Zaur Məmmədov yenidən mənə hədə-qorxu gəldi, onların təzyiqindən bezib 2 milyon manat pulu verəcəyimə razılaşdım".
    O bildirib ki, tutulduqdan 2 sutka sonra "Texnikabank" ASC-nin "Xəzər" filialına gətirilərək F.Əliyevin göstərişi ilə şirkətlərinin bank hesablarında qalan pulların məbləği müəyyən edilib: "Bir neçə şirkətin bank hesablarından pullar çıxarılmaqla 2 milyon manat Fizuli Əliyev tərəfindən götürüldü".
    Qeyd edək ki, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.
    Təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülməklə onların barəsində cinayət işi ayrıca icraata ayrılaraq cinayət-prosesual qanunvericiliyin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərər çəkmiş şəxslər, onların hüquqi varis və nümayəndələri cinayət işinin materialları ilə tanış olublar.
    İş üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək dekabrın 21-də aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun icraatına verilib. Yasamal Rayon Məhkəməsində keçiriləcək iclas yanvarın 19-na təyin edilib.

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Haziran 2017    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    QALEREYA