» » Arslan Bulut: “İngilis mətbuatı etiraf edir!” – TÜRKİYƏ CENEVRƏ ƏVƏZİNƏ ASTANANI SEÇDİYİ ÜÇÜN TERRORLAR TÖRƏDİLİR

Arslan Bulut: “İngilis mətbuatı etiraf edir!” – TÜRKİYƏ CENEVRƏ ƏVƏZİNƏ ASTANANI SEÇDİYİ ÜÇÜN TERRORLAR TÖRƏDİLİR

Arslan Bulut: “İngilis mətbuatı etiraf edir!” – TÜRKİYƏ CENEVRƏ ƏVƏZİNƏ ASTANANI SEÇDİYİ ÜÇÜN TERRORLAR TÖRƏDİLİR

Hurriyyet.org xəbər verir ki, Türkiyənin “Yeni Çağ” internet qəzetində analitik Arslan Bulutun “İngilis mətbuatı etiraf edir!” başlıqlı məqaləsi dərc edilib.
Məqalədə yazılıb:
“İstanbulda əyləncə mərkəzinə 39 nəfərin ölümü ilə nəticələnən hücumu İŞİD boynuna götürdü. R.T.Ərdoğan bundan bir neçə gün əvvəl koalisiya qüvvələrini ittiham eləmişdi: “Bizi İŞİD-i dəstəkləməkdə ittiham edirdilər. Tamamilə əksinə, özləri İŞİD də daxil olmaqla, YPG, PYD kimi terror təşkilatlarına dəstək verirlər. Bu, çox, açıq-aydın şəkildə ortadadır. Hamısının, bütün şəkilləri, fotoları, video çəkilişləri ilə birlikdə əlimizdə dəqiq dəlil-sübutu, sənədləri var. Nə olursa, olsun, öz problemimizi özümüz həll edəcəyik. Şəhidlərimiz var, canımız ağrılıdır, amma artıq geri dönə bilmərik. Çünki biz terrordan təmizlənmiş təhlükəsiz region ölkəsini geri qaytaracağıq”.

Ərdoğan Suriyadakı atəşkəs rejimi ilə bağlı isə bunları demişdi: “Təəssüf ki, Cenevrə danışıqlarının faydası olmadı. Cənab Putin bizə Astananı təklif elədi, “Buna necə baxırsınız” dedi. Cavabında: “Biz tərəfdən heç bir problem yoxdur”, - dedik”.

***


İŞİD ABŞ-ın başında durduğu koalisiya qüvvələrinin regionu qarışdırmaq üçün istifadə elədikləri bir təşkilatdır. Dolayısı ilə, Türkiyənin başına necə bir corab hörmək istədikləri də bəllidir. Suriyadakı Amerika-İsrail dəhlizinə Türkiyənin müdaxiləsini əngəlləməyə çalışdılar, lakin bacarmadılar. Üstəlik, Türkiyə, Rusiya ilə birlikdə Cenevrəni kənarlaşdıraraq, Astananı irəli çıxardı.

Bu, qüvvələr balansının Şərqə doğru ağırlaşdığının möhkəm göstəricisidir. Bu səbəbdən də, koalisiyanı oyundankənar vəziyyətdə qoyan Türkiyəni terror ilə cəzalandırmaqdan başqa çarə yoxdur.

İngiltərənin “Tayms” (“Times”) qəzeti yazır: “Son terror hücumunun həyata keçirilməsi, Rusiya və Türkiyə tərəfindən hazırlanan və Suriyada elan ediləcək atəşkəslə də bağlı ola bilər. Radikal islamçılar qısa müddət bundan əvvələ qədər İŞİD-ə silah göndərilməsinə qarşı etirazını bildirməyən Türkiyənin indi İŞİD ilə mübarizəni gücləndirməsinə görə qəzəblidirlər”.

“İndependent” isə belə yazıb: “Türkiyə çökmə riski ilə qarşılaşıb. İraq, Liviya, Suriya və Yəmən domino daşları kimi yıxılaraq, hücumların əvəzini ödəyib, indi isə bu zəncirə Türkiyə də əlavə edildi”.

“Finənşl Tayms” (Financial Times) isə gələcək aylarda Türkiyənin böyük şəhərlərindəki terror aktlarının artacağı proqnozunu irəli sürüb!

***


Niyyətləri bu şərhlərdən bəllidir... İngiltərə mətbuatı sanki etriaflar edir! Türkiyəni hər gün bir bombanın partladığı və 50-60 nəfərin öldüyü qarışıq bir dövlət halına gətirmək istəyirlər. Eynilə İraq kimi...

İraqda hər gün bombalar partlayanda və insanlar öləndə, Suriya qan gölünə dönəndə, bəlanın Türkiyədən uzaq olduğunu zənn edirdilər. İndi isə bizim başımıza bomba, mərmi yağır.

Yəni başımıza gələnlərə görə, yanlış xarici siyasət yürüdən, təkcə Türkiyəni Atatürkün göstərdiyi istiqamətdən çıxaranlar deyil, hamımız məsuliyyət daşıyırıq.

Baxın, İraqda yenə də bomba partladı! Bağdadda bombalı bir vatomobilin partlaması nəticəsində azı 35 nəfər həlak oldu, onlarla insan yaralandı.

Kimincə vecinədirmi? Halbuki onlar da insandırlar!

İndi eyni taktikadan sosioloji barışmazlıq xətlərini qırmaq məqsədi ilə Türkiyəyə qarşı istifadə edirlər!

Hurriyyet.org

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ




«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
QALEREYA