» » Rüfət Səfərovun kamerasına təhlükəli residivist salıınıb - ELDAR SABİROĞLU BƏYANAT YAYDI

Rüfət Səfərovun kamerasına təhlükəli residivist salıınıb - ELDAR SABİROĞLU BƏYANAT YAYDI

Rüfət Səfərovun kamerasına təhlükəli residivist salıınıb - ELDAR SABİROĞLU BƏYANAT YAYDI
“Ya Rüfətin həyatı üçün hansısa bir təhlükə hazırlanır, ya da kamerada insident yaratmaqla onu təkrar cəzalandırmaq istəyirlər”

Hazırda həbsdə olan keçmiş müstəntiq, YAP-çı Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovun həyatı təhlükədədir.
Hurriyyet.org
bildirir ki, bu barədə E.Sabiroğlu özünün “facebook” səhifəsində yaydığı bəyanatda bildirib.
Bəyanatda daha sonra deyilir: “Nə qədər sakit dayanmaq istəyirsən, imkan vermirlər. Görünür, Rüfət Səfərovun hüquq sistemindəki rüşvətxorluğa, qanunsuzluğa etiraz əlaməti olaraq müstəntiq vəzifəsindən istefa verməsi hakimiyyət dairələrinə çox ciddi təsir etmişdir. Ona görə də getdikcə qisasçılıq və intiqam hissini daha da artırır və Rüfətə qarşı müxtəlif mənəvi – psixoloji təsirlərdən istifadə edirlər. Yəqin onlara qondarma ittihamla 9 il azadlıqdan Rüfətin məhrum edilməsi kifayət etmir.Buna yalnız təəssüflənmək olar. Deməli, nə edirsən et, bircə hakimiyyətə qarşı mübarizə yolunu seçmə. Keçmiş müstəntiqin timsalında aydınca görünür ki, bu cür haqq və ədalət uğrunda mübarizə aparanları hansı ağır cəzalar gözləyir. Apellasiya məhkəməsi də bitdi, hökm qüvvədə saxlanıldı.
Rüfət Səfərovun təcridxanadan çıxarılaraq cəzaçəkmə müəsissəsinə göndərilməsi nədənsə gecikdirilir. Əlbəttə, bütün bunlar məqsədsiz edilmir. Üstəlik, Rüfətə qarşı 1 saylı Bakı istintaq təcridxanasında təqib və təziqlərdən istifadə olunur. Qaldığı kameraya yeni birisini yerləşdiriblər. Rüfət maraqlanarkən təzə kamera yoldaşı ona 2 il həbsxanada olduğunu bildirsə də, onun davranış və hərəkətlərindən şübhələnərək hökmü ilə maraqlanıb. Aydın olub ki, bu adam xüsusi təhlükəsi residivistdir, 25 illik məhkum həyatı sürüb. Rüfət ondan işini gizlətdiyini soruşduqda bildirib ki, mənə bunu təcridxana rəisinin rejim üzrə müavini tapşırıb və təkid edib ki, məhkumluğu barədə danışmasın.
Prokurorluq əməkdaşının yanına belə bir cinayətkarın salınması çox maraqlıdır? Fikrimcə, burada başqa məqsəd ola bilməz, ya Rüfətin həyatı üçün hansısa bir təhlükə hazırlanır, ya da kamerada insident yaratmaqla Rüfət Səfərovla bağlı yeni bir istintaq hərəkəti başladıb onu təkrar cəzalandırmaq istəyirlər. Başqa necə fikirləşmək olar? Mən bu barədə penitensiar xidmətin qaynaq xəttinə telefon açdım və öz etirazımı bildirdim. Üstündən az keçməmiş Ədliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr idarəsinin rəisi polkovnik Mehman Sadıqov mənə zəng etdi və narahat olmamağımı, məsələni rəhbərliyə çatdıracağını söylədi. Keçmiş həmkarım kimi mən ona inandım və bəyənat verməkdən dərhal daşındım.Bu gün məlumat aldım ki, heç bir dəyişiklik aparılmayıb və həmin xüsusi təhlükəli residivist yenə də Rüfətlə birlikdə eyni kamerada qalır,cinayətkar jarqonları ilə Rüfətin əsəblərinə təsir göstərir.
Oğlumun taleyindən ciddi şəkildə narahat olduğumu bəyan edir və bu qanunsuz vəziyyətin aradan qaldırılması üçün təcili tədbirlər görməyi Ədliyyə Nazirliyinin rəhbərliyindən xahiş edirəm”.

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите код:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ




«    Mart 2017    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
QALEREYA