» » TÜRKİYƏDƏ PARTLAYIŞ - İKİ TERRORÇU ÖLDÜRÜLDÜ - VİDEO/FOTO - YENİLƏNİB

TÜRKİYƏDƏ PARTLAYIŞ - İKİ TERRORÇU ÖLDÜRÜLDÜ - VİDEO/FOTO - YENİLƏNİB

TÜRKİYƏDƏ PARTLAYIŞ - İKİ TERRORÇU ÖLDÜRÜLDÜ - VİDEO/FOTO - YENİLƏNİB

Bu gün yerli vaxtla saat 16.00 (Bakı vaxtı ilə saat 17.00) İzmirdə məhkəmə binası qarşısında törədilən partlayış nəticəsində 1 polis və 1 məhkəmə işçisi şəhid olub.

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 10 nəfər yaralanıb.

Məhkəmə binası qarşısında törədilən terror aktının təfərrüatları məlum olub.

Terrorçuların olduğu iki avtomobil məhkəmə binasının qarşısındakı duracağa daxil olmağa çalışıb, ancaq polis bunun qarşısını alıb. Bunu görən terrorçular avtomobillərdən birini partladıb. Sonra atışma başlayıb. Terrorçulardan biri orada, digəri isə 150 metr uzaqlıqda öldürülüb. Digər terrorçunun axtarışı davam edir.

*** 17:56
Bu gün yerli vaxtla saat 16 radələrində İzmirdə məhkəmə binası qarşısında partlayış bomba yüklü avtomobillə törədilib.

Hurriyyet.org-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, partlayış məhkəmənin C qapısında, yalnız hakim və prokurorların avtomobillərinin saxlanılmasına icazə verilən duracaqda törədilib.

Partlayışdan sonra atışma başlayıb. Partlayışı törədən terrorçulardan ikisi atışmada öldürülüb. Hadisə yerindən qaçan digər terrorçu polis tərəfindən axtarılır.

Partlayış nəticəsində ən azı 10 nəfər yaralanıb, yaralılardan birinin vəziyyəti ağırdır.

*** 17:46
Bu gün Türkiyədə partlayış törədilib.

Hurriyyet.org
-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İzmirdə məhkəmə binasının önündə iki avtomobil partladılıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürən maşın göndərilib.

Yaralıların olduğu bildirilir.


TÜRKİYƏDƏ PARTLAYIŞ - İKİ TERRORÇU ÖLDÜRÜLDÜ - VİDEO/FOTO - YENİLƏNİB

TÜRKİYƏDƏ PARTLAYIŞ - İKİ TERRORÇU ÖLDÜRÜLDÜ - VİDEO/FOTO - YENİLƏNİB

TÜRKİYƏDƏ PARTLAYIŞ - İKİ TERRORÇU ÖLDÜRÜLDÜ - VİDEO/FOTO - YENİLƏNİB

TÜRKİYƏDƏ PARTLAYIŞ - İKİ TERRORÇU ÖLDÜRÜLDÜ - VİDEO/FOTO - YENİLƏNİB

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ




«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
QALEREYA