» » Ruslar Zəngəzurun Azərbaycana qaytarılması ilə bağlı imza toplamağa başladılar - PETİSİYA

Ruslar Zəngəzurun Azərbaycana qaytarılması ilə bağlı imza toplamağa başladılar - PETİSİYA

Ruslar Zəngəzurun Azərbaycana qaytarılması ilə bağlı imza toplamağa başladılar - PETİSİYA
Qlobal platforma olan Change.org saytında “Zəngəzuru Azərbaycana qaytarın!” başlığı altında petisiya yerləşdirilib.
Hurriyyet.org
publika.az-a istinadən xəbər verir ki, petisiyanın ünvanı olaraq Rusiyanın Yekaterinburq şəhəri, müəllif isə Yevgenil Syomin göstərilib.
Bildirilir ki, Zəngəzur Azərbaycan və türk dünyasının ürəyində yaradır. Petisiyada Azərbaycan Prezidenti İlham Əliyevin Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) V Sammitində çıxışı xatırlanıb:
“Nəinki Dağlıq Qarabağ, eyni zamanda, qədim türk torpağı olan Zəngəzur da bizim əzəli torpağımızdır. XX əsrin əvvəllərində Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verməklə əslində bütün türk dünyasının coğrafi bağlılığını artıq aradan götürüblər. Bizim bağlılığımız, təbii ki, gündən-günə güclənir. Amma coğrafi baxımdan biz bir-birimizdən ayrıyıq”.
Petisiyada qeyd edilir ki, Zəngəzuru ermənilərə verməklə, Naxçıvan coğrafi baxımdan Azərbaycandan ayırdılar. Naxçıvanın faktiki olaraq üç tərəflə Ermənistan tərəfindən mühasirəyə alındığını bildirilir.
Vurğulanır ki, Zəngəzur Azərbaycan xalqına qarşı erməni terrorçuların soyqırımının bir neçə dalğasını yaşayıb:
“Əvvəllər Zəngəzurda erməni əhali praktik olaraq yox idi. Soyqırımı və etnik təmizləmələrə baxmayaraq, 1918-ci ilin əvvəlinə qədər azərbaycanlılar Zəngəzur əhalisinin əksəriyyətini təşkil etməkdə davam edirdi. Etnik təmizləmə siyasətinə baxmayaraq, 1988-ci ilə qədər Zəngəzurda əhəmiyyətli sayda azərbaycanlı əhalisi qalırdı. Artıq Qarabağ hadisələrinin başlanması ilə Zəngəzur soyqırımı və etnik təmizləmələrin üçüncü və son dalğasına məruz qaldı”.
Petisiyada bildirilir ki, Ermənistan respublikasının rəhbərliyi qarşısında Qarabağın rayonları ilə yanaşı, Zəngəzur və Ermənistanın başqa rayonlarına Azərbaycan qaçqınlarının qayıdışı mütləq şərt olaraq, qoyulmalıdır.

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите код:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ




«    Mart 2017    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
QALEREYA