» » De-şifrə olunmuş MTN agentlərinin adına pullar necə silinib? - İTTİHAM AKTINDAN

De-şifrə olunmuş MTN agentlərinin adına pullar necə silinib? - İTTİHAM AKTINDAN

De-şifrə olunmuş MTN agentlərinin adına pullar necə silinib? - İTTİHAM AKTINDAN
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev, general-mayor Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə müəyyən faktlar ortaya çıxıb.

Hurriyyet.org
bildirir ki, lent.az-ın ittiham aktına istinadən məlumatına görə, agentlərə ayrılan pulların mənimsənilməsi epizodu üzrə MTN əməkdaşları şahid qismində dindiriliblər.

Şahid qismində dindirilən Rüfət Abdullayev bildirib ki, 2013-cü ilin oktyabr ayında 1-ci idarəsinin sabiq rəisi Fizuli Əliyev onu öz otağına çağıraraq son zaman müvafiq tədbirlərlə əlaqədar nazirlikdə müəyyən xərclərin yarandığını deyib: “O, bu xərclərin bir hissəsinin bağlanmasına görə Sübahir Qurbanov tərəfindən göstəriş verildiyini bildirərək məndən əlaqəmdə olan və yaxın zamanda agentura şəbəkəsindən xaric edilməsi barəsində qərar qəbul edilmiş agentlərin olub-olmaması ilə maraqlandı. Həmçinin o mənə dedi ki, həmin agentlərə pul mükafatının yazılacaq, lakin onlara həmin məbləğdə pul verilməyəcək”.

Rüfət Abdullayev istintaqa verdiyi ifadəsində qeyd edib ki, Sübahir Qurbanovun tapşırığına əsasən, əlaqəsində olan “Roman” adlı agentlə bağlantı qurub: ““Roman” uzun müddət agent olub və əməliyyat imkanlarını itirdiyi üçün şəbəkədən çıxarılması ilə bağlı qərar qəbul olunmuşdu. Yalnız tam olaraq onun şəbəkədən çıxarılması sənədlər üzərində təsdiq tapmamışdı. Füzuli Əliyev tərəfindən mənə hazır formada qəbzin nümunəsi verilərək qısa zamanda agent “Roman”la görüşüb ondan 100.000 manat məbləğində pul vəsaitini MTN-dən qəbul etməsi barədə qəbzin alınmasına göstəriş verilmişdi. Tapşırığa əsasən həmin agentlə görüşdüm, onun dilindən “mənə MTN-nin əməkdaşı tərəfindən 100.000 manat pul mükafatı verilmişdi” mətnində yazılı qəbz alaraq Fizuli Əliyevə təhvil verdim. Agent həmin qəbzi yazdığı zaman sonuncuya pulun nazirliyin müvafiq tədbirləri ilə əlaqədar lazım olduğunu izah etmişdim. Agent heç nə soruşmayaraq qəbzi yazıb verdi. Həmin 100.000 manat məbləğində pulun Maliyyə idarəsinin kassasından kimin tərəfindən götürülməsi, həmin məsələnin necə sənədləşdirilməsi və həmin pulların necə istifadə edilməsinə dair hər hansı məlumat olmayıb. Həmçinin bu hadisədən əvvəl həmin “Roman” təxəllüslü agentin Sübahir Qurbanovun göstərişi ilə Fizuli Əliyevin rəhbərlik etdiyi 4-cü Baş idarənin 1-ci idarəsinin əlaqəsinə verildiyini bildim”.

Digər bir şahid MTN-nin 4-cü Baş İdarəsinin 4-cü idarəsinin 2-ci şöbəsinin rəisi vəzifəsində işləmiş Həmidbəyli Elnur Mirzə oğlu şahid qismində dindirilərkən ifadəsində göstərib ki, işlədiyi dövrdə Baş idarə rəisi işləmiş Sübahir Qurbanovun imzaladığı raportlar əsasında müvəqqəti cəlb olunmuş Azərbaycan Respublikası vətəndaşlarının mükafatlandırılmasına sərf olunması üçün müxtəlif kiçik məbləğlərdə, yəni təqribən 200 manat məbləğində pul vəsaitləri götürüb: “Agentlərin verilən konkret tapşırıqların yerinə yetirilməsi məqsədilə xarici ölkələrə göndərilmələri üçün yol pulu, gündəlik xərclər üçün 300-400 manat məbləğlərində pul vəsaitləri götürürdüm və təlimatın qaydalarına uyğun sənədləşdirdim”.

Elnur Həmidbəyli MTN-nin Maliyyə idarəsinin xəzinəsindən 14.10.2013-cü il tarixdə alınaraq özünün əməliyyat əlaqəsində olan agent «Kolumb»a 17.10.2013-cü il tarixdə birdəfəlik 100.000 manat məbləğində pul mükafatını verməsi barədə geniş ifadə verib.

O qeyd edib ki, agent ”Kolumb” radikal yönümlü təşkilatlar tərəfindən ölkəmizə qarşı kəşfiyyat-pozuculuq fəaliyyətlərinə qarşı mübarizə istiqamətində istifadə edilib: “Radikal yönümlü təşkilatlar tərəfindən Avropanın müxtəlif ölkələrində keçirilmiş forum və tədbirlərin əməliyyat nəzarətində saxlanılması məqsədilə agent “Kolumb” həmin ölkələrə müvafiq sənədləşdirmələr aparılmaqla təlimatlandırılaraq göndərilib. Qeyd olunan xərclərin hesabatı Maliyyə idarəsinə verilib və müvafiq şəxsi işdə qəbz alınmaqla sənədləşdirilib. Tədbirlərin nəticəsi ilə bağlı ləğv edilmiş MTN-nin rəhbərliyinə hesabatlar təqdim olunub. 2013-cü ilin oktyabr ayında xidmət etdiyim idarənin rəisi polkovnik Nazim Lətifov əməliyyat əlaqəsində olan agent “Kolumb”a pul mükafatının verilməsi haqqında sənədləşdirmənin aparılması göstərişini Baş idarənin sabiq rəisi general-mayor Sübahir Qurbanovdan aldığını bildirdi və bunun üçün müvafiq raportun hazırlanaraq təqdim olunmasını mənə tapşırdı. Nazim Lətifov pul mükafatının agentə verilməyəcəyini, “Kolumb”la yanaşı MTN-nin bir neçə məlumat mənbəyinin adına yazdırılmaqla götürülmüş vəsaitin keçirilən hansısa dövlət əhəmiyyətli tədbirin maliyyələşdirilməsi üçün nəzərdə tutulduğunu, raportun tərtib olunması üçün elektron nümunənin Baş idarənin əməkdaşı Zaur Məmmədovdan götürülməli olduğunu bildirdi”.

Elnur Həmidbəyli ifadəsində qeyd edir ki, o rəisinin verdiyi tapşırıqları yerinə yetirib: “Maliyyə idarəsindən aldığım 100.000 manat pulu Nazim Lətifovun tapşırığı ilə Baş idarənin əməkdaşı Fizuli Əliyevə verdim. Nazim Lətifov bunun Baş idarə rəhbərliyinin tapşırığı olduğunu bildirdi. Bundan sonra həmin agentlə görüşüb, ondan 100.000 manatın verilməsi barədə qəbz aldım. Agentə dedim ki, həmin vəsaitin milli təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar dövlət əhəmiyyətli tədbirin maliyyələşməsinə sərf olunacaq. Bundan qısa müddət keçdikdən sonra baş idarənin əməkdaşı Natiq Alıyev tərəfindən agent “Kolumb”a çatdırması üçün mənə 3 min manat manat pul verildi. Agent “Kolumb”a 3000 (üç min) manatın verilməsinə dair qəbzi Fizuli Əliyevə təqdim etdikdə o buna ehtiyac olmadığını bildirərək qəbzi məhv etdi”.

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите код:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ




«    Mart 2017    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
QALEREYA