» » “2018-ci ildə cüdo üzrə Dünya çempionatı Bakıda keçiriləcək” – Rövnəq Abdullayev

“2018-ci ildə cüdo üzrə Dünya çempionatı Bakıda keçiriləcək” – Rövnəq Abdullayev

  • “2018-ci ildə cüdo üzrə Dünya çempionatı Bakıda keçiriləcək” – Rövnəq Abdullayev
    "Belə bir böyük tədbiri Bakıda keçirdiyi üçün Beynəlxalq Cüdo Federasiyasına (İJF) minnətdarıq. Bu bütün dünyanı əhatə edən bir tədbirdir".

    Hurriyyet.org
    bildirir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev deyib.

    İJF-nin Bakıda keçirdiyi məşqçi və hakimlərin beynəlxalq seminarına qatılan R.Abdullayev belə tədbirlərin Azərbaycanda cüdonun inkişafına təkan verdiyini bildirib: "Çalışacağıq ki, qonaqlara Azərbaycanın və ölkədə cüdonun inkişafını göstərək. Çox şadıq ki, cüdonun inkişafına dair dəyişikliklər bütün dünyaya Azərbaycandan bəyan olunur. Bu da bizim üçün böyük şərəfdir. Bu cüdonun inkişafına təkan verir. Ölkədə 10 minlərlər insan cüdo ilə məşğul olur. Bu da idman növünün populyarlaşdığını göstərir. Artıq 3 çəkidə dünya birinciləri azərbaycanlılardır. Bu da bizə şərəf verir. İnanıram ki, biz birlikdə güclü olacağıq və əl-ələ verib daha da irəli gedəcəyik".

    R.Abdullayev 2018-ci ildə Bakıda keçiriləcək Dünya çempionatından da danışıb: "İJF qərar qəbul edib və detallar üzərində iş gedir. 2018-ci ildə cüdo üzrə Dünya çempionatı Bakıda keçiriləcək. Bu da Azərbaycanda cüdonun inkişafına böyük təkan verəcək. Bu səbəbdən onlara təşəkkür edirəm".

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Haziran 2017    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    QALEREYA