» » SOS: "Təzə bazar"da əti sümükdən ayıran qanunsuz sex varmış

SOS: "Təzə bazar"da əti sümükdən ayıran qanunsuz sex varmış

SOS: "Təzə bazar"da əti sümükdən ayıran qanunsuz sex varmış
Yarım ton heyvan əti və içalatı antisanitar şəraitdə aşkarlanıb

Bu gün qida təhlükəsizliyi ilə əlaqədar alınmış məlumat əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 73 ünvanında yerləşən Məmmədağa İbrahimova məxsus "Təzə bazar" MMC-də reyd keçirilib.
Huriyyet.org
-a DBNX-dan verilən məlumata görə, reyd zamanı Məmmədağa İbrahimova məxsus “Təzə bazar” MMC-nin ət satışı şöbəsinin yanında gecələr gizli, qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış əti sümükdən ayıran sex aşkar edilib. Ətin sümükdən ayırlmasına sexə baxış keçirərkən 14 ədəd hissələrə bölünmüş 320 kq heyvan əti, 5 ədəd ağ polietilen torbalarda 64 kq sümükdən ayrılan heyvan əti, 5 ədəd heyvaların daxili orqanları aşkar olunub.
Aşkar edilən ümumi çəkisi 445 kq olan heyvan ətinin və daxili orqanların mənşəyinə və sağlamlığına dair heç bir sənəd təqdim olmadığı üçün həmin ətlərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Laboratoriya müayinələrinin nəticələri məlum olana kimi 445 kq heyvan ətləri və daxili orqanlar müvəqqəti saxlamaq üçün komissiyanın iştirakı ilə soyuducu kameraya yerləşdirilərək möhürlənib.
Keçirilən reyd zamanı Məmmədağa İbrahimova məxsus “Təzə bazar" MMC-də əti sümükdən ayıran sexdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərar qəbul edilərək tədbirlər görüləcək.

Sevil, Hurriyyet.org

SOS: "Təzə bazar"da əti sümükdən ayıran qanunsuz sex varmış

SOS: "Təzə bazar"da əti sümükdən ayıran qanunsuz sex varmış

SOS: "Təzə bazar"da əti sümükdən ayıran qanunsuz sex varmış

SOS: "Təzə bazar"da əti sümükdən ayıran qanunsuz sex varmış

SOS: "Təzə bazar"da əti sümükdən ayıran qanunsuz sex varmış
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите код:
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
QALEREYA