» » Cəbhə bölgəsində 750 mindən çox mina zərərsizləşdirlib

Cəbhə bölgəsində 750 mindən çox mina zərərsizləşdirlib

Cəbhə bölgəsində 750 mindən çox mina zərərsizləşdirlib
Dekabrda minadan zərərçəkən olmayıb

2016-cı ilin dekabr ayı ərzində 2 milyon 352 min 225 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 1,068 ədəd PHS, 1 ədəd tank əleyhinə və 13 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Hurriyyet.org
-a ANAMA Mətbuat Xidmətindən verilən məlumata görə, əməliyyatlarda 489 nəfər əməliyyat heyəti və 130 nəfər inzibati heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 393 832 826 m2 ərazi təmizlənmişdir. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 754 010 -dur.
Dekabr ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Cəbrayıl, Füzuli, Tərtər, Göygöl, Qazax, Bakı şəhəri və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.

Nigar, Hurriyyet.org

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите код:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ




«    Mart 2017    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
QALEREYA