» » Məktəblərdə sinif rəhbəri vəzifəsi ləğv ediləcək? - RƏSMİ AÇIQLAMA

Məktəblərdə sinif rəhbəri vəzifəsi ləğv ediləcək? - RƏSMİ AÇIQLAMA

  • Məktəblərdə sinif rəhbəri vəzifəsi ləğv ediləcək? - RƏSMİ AÇIQLAMA
    Təhsil Nazirliyi ümumtəhsil məktəblərində sinif rəhbəri vəzifəsinin ləğv ediləcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
    Hurriyyet.org
    xəbər verir ki, nazirlikldən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.

    Nazirlikdən daha sonra əlavə edilib ki, ümumtəhsil məktəblərinin 2016-2017-ci dərs ilinə aid təsdiq olunmuş tədris planlarında fənlər üçün müəyyən edilmiş həftəlik dərs saatlarının miqdarında heç bir azaldılma nəzərdə tutulmur.

    Bununla belə, I-IX siniflərdə tədris olunan "Həyat bilgisi" fənninin mahiyyət etibarı ilə paraleli və təkrarı xarakteri daşıdığından, habelə X-XI siniflərdə şagirdlərin həftəlik təlim yükünə ağırlıq gətirdiyindən dərs cədvəlinə salınmadan dərsdənkənar vaxtlarda həftədə 1 saat keçilən "Həyati bacarıqlara əsaslanan təhsil" kursunun tədrisi II yarımildən dayandırılıb.

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Mayıs 2017    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    QALEREYA