» » Ərinin terrorçu olduğu deyilən müğənni DANIŞDI - YENİLƏNİB

Ərinin terrorçu olduğu deyilən müğənni DANIŞDI - YENİLƏNİB

  • Ərinin terrorçu olduğu deyilən müğənni DANIŞDI - YENİLƏNİB

    Azərbaycanlı xanım müğənni Damla keçmiş həyat yoldaşının terrorçu olduğu haqda yayılan xəbərlə bağlı açıqlama verib:
    "Mən ərimdən 7-8 il bundan öncə ayrılmışam. Üstəlik, mənim yoldaşım terrorçu deyil. Ərim, bəli, həbsdədir. Amma onun həbs olunma səbəbi qətiyyən məscidin partladılmasıyla əlaqədar deyil. Onun həbs olunmasının məscidin partladılması ilə heç əlaqəsi yoxdur ha! Üstəlik, partlayış ərəfəsində biz ailəli olduğumuz üçün həyat yoldaşım mənim yanımda olub. Adına, soyadına kimi yazıblar. Mənim övladım var axı. O, açıb bu internet saytlarında həmin xəbəri görür axı. Yazıblar ki, qardaşım axtarışdadır. Bu da "ağ yalandır". Mənim qardaşım niyə axtarışdadır ki?! Qardaşım hal-hazırda Rusiyadadır. İşində-gücündə olan adamdır. (milli.az)

    ***12:04
    Hurriyyet.org bildirir ki, ölkə.az gənc müğənni Damla (Məmmədova Məsumə Qərib qızı) ilə bağlı ilginc məlumat əldə edib.

    Sənətçinin bu yaxınlarda boşandığı həyat yoldaşı Ceyhun Əliyev hazırda həbsdədir.

    C.Əliyev Əbu Bəkr məscidinin partladılmasında ittiham edilərək həbs olunan şəxslərdən biridir.

    Qeyd edək ki, bir neçə il öncə törədilən terror hadisəsi zamanı iki nəfər həyatını itirmiş, doqquz nəfər yaralanmışdı.

    O da bildirilir ki, Damla evli olduğu müddətdə ərinin istəyi ilə dini məzhəblərdən birinin qaydalarına əməl edirmiş.

    Mənbə iddia edir ki, Damlanın qardaşı da sözügedən qruplaşmada olub və hazırda axtarışdadır.

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Haziran 2017    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    QALEREYA