» » “İSMA BİKES”, “Naz Lifan” zavodları fəaliyyətlərini dayandırıb

“İSMA BİKES”, “Naz Lifan” zavodları fəaliyyətlərini dayandırıb

“İSMA BİKES”, “Naz Lifan” zavodları fəaliyyətlərini dayandırıb
Qubad İbadoğlu: “Belə "iqtisadiyyat" qurub, ölkəyə valyuta gətirmək həvəsində olanlar indi də aqrar təsərrüfatları iflic etmək istəyirlər”

“Bu gün şimal-qərb regionuna səfər edərkən Bakı -İsmayıllı magistral yolunun kənarında diqqətimi “İSMA BİKES” velosiped istehsalı zavodunun binası cəlb etdi”.
Hurriyyet.org xəbər verir ki, bu barədə Qubad İbadoğlu bildirib:
“Xatırlayırsınızsa, prezident Əliyev bu zavodun açılışında da iştirak edərək demişdi ki, "Bir gün əvvələ qədər velosipedləri xaricdən idxal edirdik. Bu gün isə artıq Azərbaycanda, özü də paytaxt şəhərdə deyil, İsmayıllıda belə gözəl müəssisə açılır. Mənə verilən məlumata görə, bu zavodun istehsal gücü ildə 30 min ədəd velosiped olacaq. Burada artıq onlarla iş yeri yaradılıb, müasir texnologiyalar tətbiq olunur. Əlbəttə ki, bu velosipedlər həm daxili bazarda satılacaq, eyni zamanda, hesab edirəm ki, xaricə də ixrac edilə bilər. Çünki keyfiyyət buna şərait yaradır". Amma təəssüf hissi ilə deməliyəm ki, yerində aldığım məlumata görə, “İSMA BİKES” velosiped istehsalı zavodu fəaliyyətini çoxdan dayandırıb. Eyni zamanda daxil olan informasiyaya görə, “Naz Lifan”da da istehsal dayanıb. Şirkətin rəsmi səhifəsində son kampaniya elanı ötən il yanvarın 31-də yerləşdirilib. Sizcə, prezidentin regionlarda açılışında iştirak etdiyi və çox keçmədən fəaliyyətini dayandıran başqa müəssisələr də varmı?”
Q.İbadoğlunun fikrincə, müşahidələr göstərir ki, belə "iqtisadiyyat" qurub, ölkəyə valyuta gətirmək həvəsində olanlar indi də aqrar təsərrüfatları iflic etmək istəyirlər: “Son məlumatlara görə, kəndlilərin və fermerlərin təsərrüfat müstəqilliyinə müdaxilələr başlayıb, onları əsasən texniki bitkilər əkməyə məcbur edirlər. Bu yolverilməzdir və iqtisadi cəhətdən çoxlu təhlükələr yaradır. Buna rəvac verənlər gözlənilən riskləri də göz altına almalı və sərbəst təsərrüfatçılığa şərait yaratmalıdır.
Milli və real iqtisadiyyatın inkişafına yalnız azad təşəbbüskarlıq və sağlam rəqabətə əsaslanan yetkin bazar modelinin tətbiqi ilə nail olmaq mümkündür”.

Şamo, Hurriyyet.org
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите код:
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
QALEREYA