» » Əcnəbilər cərimələrini necə ödəyəcəklər? - YENİ QAYDA

Əcnəbilər cərimələrini necə ödəyəcəklər? - YENİ QAYDA

Əcnəbilər cərimələrini necə ödəyəcəklər? - YENİ QAYDA
Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycanda miqrasiya qanunvericiliyini pozduqda, tətbiq edilən cəriməni elektron qayada ödəmək üçün pasportlarından istifadə edə biləcək.
Hurriyyet.org
-un APA-ya istinadən məlumatına görə, bu, Dövlət Miqrasiya Xidmətinin Kollegiyası tərəfindən qəbul edilən bu ildən qüvvəyə minən "Cərimələrin internet vasitəsilə ödənilməsi üzrə inzibati reqlament"də dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.
Reqlamentə əsasən, təqdim edilən xidmət Dövlət Miqrasiya Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun tətbiq edilmiş inzibati cərimələrin internet vasitəsi ilə ödənilməsindən ibarətdir. Elektron xidmət "az.e.migration.gov.az/index/taxes" internet ünvanında təqdim edilir. İstifadəçi internet ünvanına daxil olaraq inzibati cərimənin ödənilməsi bölməsini seçir, sənədin növünü qeyd edir və həmin sənədin nömrəsini, verilmə tarixini, istifadəçinin doğum tarixini daxil edərək nəzərdə tutulmuş inzibati cərimənin ödənilməsi imkanı əldə edir.
İndiyə qədər bu elektron xidmətdən Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi, Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, Azərbaycan ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi, qaçqın vəsiqəsi və yol sənədinin nömrələri və verilmə tarixləri barədə məlumatları daxil edərək istifadə etmək mümkün olub. Bu ildən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər pasport və ya digər sərhədkeçmə sənədinin nömrəsi və verilmə tarixi barədə məlumatı daxil edərək inzibati cəriməni ödəmək imkanı əldə edəcəklər.
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите код:


MƏDƏNİYYƏT


REGİON
MÜSAHİBƏ




«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
QALEREYA