» » TRAMP: "PUTİN BELƏ ELƏMƏYİB"

TRAMP: "PUTİN BELƏ ELƏMƏYİB"

TRAMP: "PUTİN BELƏ ELƏMƏYİB"
Hurriyyet.org xəbər verir ki, ABŞ-ın yeni prezidenti seçilmiş Donald Tramp ona ilk dəfə hesabat verən kəşfiyyat əməkdaşlarının Rusiyanın kiberhücumlarla Amerikadakı prezident seçkilərinə təsir elədiyi iddiası ilə razılaşmayıb. Təhlükəsizlik işçilərinin bu məsələ ilə bağlı hazırladıqları hesabatda RF prezidenti Vladimir Putinin “şəxsən əmr verdiyi” iddia edilir.
Prezident kürsüsünün yeni sahibi olaraq ilk dəfə belə bir hesabatın təqdim edildiyi Donald Tramp isə 2016-cı il noyabrın 8-də keçirilən prezident seçkilərinin nəticələrinə Rusiyanın təsir etməsinə inanmadığını bildirib. O, bir çox ölkələrin ABŞ-ın kompyüter sisteminin daxilinə sızmağa çalışdığını qeyd eləməklə bərabər bunları da bildirib: “Lakin bu cəhdlər seçkilərin nəticələrinə qətiyyən təsir göstərməyib. Səsvermə qurğularında da heç bir şəkildə müdaxilə edilməyib”.
Təhlükəsizlik işçiləri ilə görüşündən bir neçə saat sonra ictimayyətə açıqlanan, 25 səhifəlik, “Son ABŞ prezidenti seçkilərində rus provokasiyalarının və niyyətlərinin dəyərləndirilməsinin arxa planı: analitik prosses və kiber hücumlar” adlı son hesabatda da amerikalı əməkdaşlar açıq şəkildə Moskva iqtidarını hədəfə alıblar, Rusiyanın demokratların namizədi Hillari Klintona zərər vermək məqsədində olduğunu bildiriblər.
Amerika Mərkəzi Kəşfiyyat İdarəsi, Federal Təhqiqat Bürosu və Beynəlxalq Təhlükəsizlik Agentliyinin birgə hazırladığı hesabatda deyilir: “Rusiya prezidenti Vladimir Putinin 2016-cı il ABŞ prezidenti seçkilərinə təsir eləmək əmri verdiyini bildiririk. Rusiyanın məqsədi ABŞ-da cəmiyyətin demokratiyaya inamını sarsıtmaq, Klintonu gözdən salmaq və onun prezident olmaq şansını zəiflətmək olub”.
ABŞ-ın növbəti prezidenti Donalda Tramp isə hələ bir müddət bundan əvvəl, həmin iddiaların həqiqətə uyğun olmadını və bu araşdırma ilə bağlı müvafiq orqanlara təlimat vermiş Barak Obama komandasının onun uğurlarını gözdən salmağa çalışdığını bildirmişdi.

Hurriyyet.org
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите код:


MƏDƏNİYYƏT


REGİON
MÜSAHİBƏ




«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
QALEREYA