» » Deputat qul əməyi ilə özünə saray tikdirdi - VİDEO

Deputat qul əməyi ilə özünə saray tikdirdi - VİDEO

Deputat qul əməyi ilə özünə saray tikdirdi - VİDEOSumqayıtdan Milli Məclisə deputat seçilmiş Mirzəcan Xəlilov özünə bir neçə milyon manatlıq saray tikdirib, fəhlələrinsə pulunu verməkdən boyun qaçırır. Bunu sosial şəbəkələrdə məşhur bloger Mehman Hüseynov bildirib.
Bloger fəhlələrin işinə rəhbərlik etmiş iş icraçısını taparaq bu ağlasığmaz faktın təfərrüatlarını öyrənib.
Məlum olub ki, şəxsi sarayının (villasının) tikintisində Mirzəcan Xəlilov iyirmi nəfərə yaxın fəhlə çalışdırıb. Lakin iş bitdikdən sonra millət vəkili onların halal qazancını vermək istəməyib.
Fəhlələr öz pullarını tələb etdikdə isə, deputat məhkəməyə şikayət edib və işi udub. Məhkəmənin qərarına görə, fəhlələr özləri deputata borcludurlar və ona hələ bir neçə min manat pul ödəməlidirlər.
“Mənim ona qarşı heç bir şəxsi qərəzim yoxdur. Bilmirəm, nəyə görə deputat fəhlələrin pulunu vermək istəmədi və 20 ailəni ac qoydu. Mirzəcan Xəlilovdan soruşanda ki, pul nə vaxt olacaq, cavab verdi ki, pulları unudaq. Elə bil qumarda uduzmusunuz”, - iş icraçısı deyib.
Fəhlələr isə məhkəmənin qərarından apellyasiya şikayəti vermək və halal qazanclarını almaq niyyətindədirlər.

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите код:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ




«    Mart 2017    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
QALEREYA