» » “Rustavi 2”nin baş direktorunu məşhur siyasətçinin oğlu döyüb - YENİLƏNİB

“Rustavi 2”nin baş direktorunu məşhur siyasətçinin oğlu döyüb - YENİLƏNİB

  • “Rustavi 2”nin baş direktorunu məşhur siyasətçinin oğlu döyüb - YENİLƏNİB
    "Rustavi 2" televiziya şirkətinin baş direktoru Nika Qvaramiyaya hücuma görə məsuliyyəti Gürcüstan prezidentliyinə keçmiş namizəd Rati Qaçeçiladzenin oğlu Levan Qaçeçiladze öz üzərinə götürüb.
    Virtualaz.org gürcü KİV-nə istinadən bildirir ki, Levan Qaçeçiladze bu haqda öz Facebook səhifəsində yazıb.
    Qaçeçiladzenin sözlərinə görə, o tək hərəkət edib: "Dining Room restoranında baş verənlər Qvaramiya və başqaları tərəfindən bir neçə il ərzində ailəmin fiziki və mənəvi təhqirlərə məruz qalmasına mənim reaksiyamdır. Məndən başqa, bu hadisədə heç kim iştirak etmirdi”.
    Məşhur siyasətçinin oğlu onu da əlavə edib ki, vəkili ilə birlikdə hüquq-mühafizə orqanlarına getmək niyyətindədir.

    ***
    “Rustavi 2” televiziyasının baş direktoru döyüldü

    Şənbə günü, yanvarın 7-də Tbilisidəki restoranlardan birində “Rustavi 2” telekanalının baş direktoru Nika Qvaramiyanın döyülməsi ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyində cinayət işi qaldırılıb.
    “İnterfaks” xəbər verir ki, zərərçəkənin jurnalistlərə bildirdiyinə görə, restoranın zalında qəflətən işıqlar söndürülüb və kimsə onun başına ağır əşya ilə zərbə endirib. Qvaramiyanın sözlərinə görə, onunla bir masa arxasında oturmuş dostu da hücuma məruz qalıb.
    “Düşünürəm ki, poli üçün hücum edənləri tapmaq elə də çətin olmayacaq, çünki restoranda müşahidə kameraları işləyir, - Qvaramiya deyib. – Hər şey edəcəyəm ki, cinayətkarlar cəzalarını alsınlar”.

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Haziran 2017    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    QALEREYA