» » Movses Akopyan: "Azərbaycan əsgərinin meyiti erməni tərəfindədir”

Movses Akopyan: "Azərbaycan əsgərinin meyiti erməni tərəfindədir”

Movses Akopyan: "Azərbaycan əsgərinin meyiti erməni tərəfindədir”Azərbaycan hərbçisinin meyiti hələ də erməni tərəfində qalır.
“Novosti Armeniya” xəbər verir ki, bunu bu gün jurnalistlərə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Akopyan deyib.
Xatırladaq ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu həlak olub və onun meyiti düşmən tərəfində qalıb.
Müdafiə və Xarici İşlər nazirlikləri, eləcə də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu müddət ərzində əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə dəfələrlə rəsmi qaydada müraciət ediblər.
Amma qarşı tərəf konkret olaraq heç bir əsas və dəlil gətirmədən, müxtəlif bəhanələrlə meyitin geri qaytarılması ilə bağlı prosedurun başlanması vaxtını qəsdən uzadır.
Loading...

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите код:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ




Loading...
«    Nisan 2017    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
QALEREYA