» » Türkiyə Futbol Federasiyası bir nəfəri hakimlikdən uzaqlaşdırıb

Türkiyə Futbol Federasiyası bir nəfəri hakimlikdən uzaqlaşdırıb

Türkiyə Futbol Federasiyası bir nəfəri hakimlikdən uzaqlaşdırıb

Türkiyə Futbol Federasiyası (TFF) Fırat Aydınusu hakimlikdən kənarlaşdırıb.

Hurriyyet.org "Report"-a istinadən xəbər verir ki, TFF 44 yaşlı referiyə mövsümün qalan hissəsində heç bir təyinat verməyəcək.

Buna səbəb F.Aydınusun hakimlərin Antalya toplanışı zamanı fiziki hazırlıq testindən keçə bilməməsidir.

O, mövsümün əvvəlindəki toplanış zamanı da imtahandan keçə bilməmiş, lakin bir müddət sonra TFF tərəfindən verilən açıqamada Aydınusun testdən keçdiyi bildirilmişdi.
Qeyd edək ki, Fırat Aydınus hakimliyə 1996-cı ildə başlayıb. O, UEFA-nın Cüneyt Çakırla birgə Avropa kuboklarında ən çox oyuna təyinat verdiyi türkiyəli referilərdəndir. Lakin 2014-cü ildə FİFA hakimləri üçün aparılan YoYo testindən keçmədiyi üçün F.Aydınus beynəlxalq dərəcəli hakimlər siyahısından çıxarılıb. Təcrübəli referi cari mövsüm Super Liqada 11, I Liqada isə 1 oyun idarə edib.

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите код:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ




«    Mart 2017    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
QALEREYA