» » “Sənətinə biganəlik Nurlanı infakt elədi”

“Sənətinə biganəlik Nurlanı infakt elədi”

“Sənətinə biganəlik Nurlanı infakt elədi”
Müğənninin xanımı Nərmin Əzizbəyli: “O layiq olduğu hörməti, diqqəti görmür”

Müğənni Nurlan Əzizbəyli infakt keçirib. Bu haqda sənətçi özü sosial çəbəkədə məlumat yayıb. Yataqda şəklini paylaşan sənətçi belə bir şərh də yazıb: “Axır ki, mən də yatağa düşdüm. Üstünüzə sağlıq, amma keçər, yəqin.
Sənətçinin son durumunu öyrənmək üçün ailəsi ilə əlaqə saxladıq.
Hurriyyet.org-a məlumat verən sənətçinin xanımı Nərmin Əzizbəyli indi durumunun stabil olduğunu bildirdi:
“İndi durumu stabildir. İynə vurublar, yatıb. Həkim nəzarətindədir”.
Qeyd edək ki, Nurlan Əzizbəyli ev şəraitində müalicə alır: “Xəstəxanaya özü getmək istəmədi. Biz çox israr elədik, amma imtina elədi”.
Nərmin Əzizbəylinin dediyinə görə, həyat yoldaşı son illər stress, əsəb içərisində yaşayıb. İşlərində yaranan problemlər, yaradıcı layihələrini gerçəkləşdirə bilməməsi onu bu vəziyyətə gətirib çıxardı: “Son illər Nurlan çox əsəbidir. Sənət adamı kimi istəklərini həyata keçirə bilmir. Gileylənir ki, bu sənətə bəziləri kimi pul xatirinə gəlməmişəm. Səhnəyə, sənətə dəyər vermişəm. Uşaqlığımı da, gəncliyimi də sənətimə həsr eləmişəm. 32 ildir sənətdəyəm. Amma layiq olduğum hörməti, diqqəti görmürəm”.
Xatırladaq ki, Nurlan Əzizbəyli bir sıra istedadadlar yetirmiş soyadın davamşısıdır. O, uşaqlıqdan fərqli ifası, özünəməxsus səsi ilə diqqət çəkib. Lakin son zamanalar efirlərdə az-az görünür: “Təbii efirlərə istədiyi vaxt çıxa bilməməsi onu əsəbiləşdirir. Üstəlik səhnə fəaliyyətinin 30 illiyini qeyd etmək istəyirdi. Alınmadı. Maddi problemlər imkan vermədi ki, sənətində yeniliklər eləsin. Halbuki o, işində çox məsuliyyətli, öz üzərində çalışan bir sənət adamıdır. Nə vaxt efirlərə dəvət ediblər, vaxtında həmin məkanda olub, dəvət aldığı proqramın mahiyyətinə uygun peşəkar repertuar seçib. Nurlan Qarabağdan, sərhəd bölgələrindən tutmuş Azərbaycanın digər rayolnarına qədər hər yerdə dəfələrlə konsertlərdə olub. Di gəl, zəhmətinin dəyərini ala bilməyib. Bu 32 ildə ona heç bir fəxri ad verilməyib. Bütün bunlarla yanaşı, bir qədər əvvəl Nurlan anasını itirdi. Sözsüz ki, bu itki də onu çox üzdü. Ağır zərbə oldu ”.
Nurlan Əzizbəylinin səhhətində yaranan problemlə bağlı Mədəniyyət Nazirliyindən zəng edən olubmu sualında sənətçinin xanımı bunları dedi: “Əlaqədar qurumlardan nə zəng edən, nə də halını soruşan olmadı. Amma sənət dostları, sağ olsunlar, tez-tez zəng eləyib əhval-ruhiyyəsini qaldırırlar. Bəstəkar Kəmalə Qasımova xəbər tutan kimi gəlib Nurlana baş çəkdi. Müğənnilərdən İzzət Bağırov, Elnarə Xəlilova, Lalə Məmmədova, Sevda Əliqızı zəng eləyib “keçmiş olsun” dedilər”.
Onu da deyək ki, bir neçə il qabaq müğənninin şəxsi həyatında da müəyyən problemlər yaranmışdı, hətta məsələ efirlərə belə yansımışdı. Nərmin xanımın dediyinə görə, illər qabaq ailələrində yaşanan xoşagəlməz söhbətlər çoxdan unudulub və bunun müğənninin səhhətində yaranan problemə heç bir aidiyyatı yoxdur: “Elə söz-söhbətlər istənilən ailədə olur. Bizdə də belə bir şey oldu və keçdi. Biz neçə vaxtdır bir yerdə çox mehriban yaşayırıq. Nurlanın stress keçirməsinin buna heç bir dəxli yoxdur. Onun yalnız və yalnız sənət adamı kimi diqqətə, qayğıya və sənətini sərgiləmək üçün şəraitə ehtiyacı var”.

Altunay, Hurriyyet.org

“Sənətinə biganəlik Nurlanı infakt elədi”
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите код:


MƏDƏNİYYƏT


REGİON
MÜSAHİBƏ




«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
QALEREYA