» » Xüsusi həssas uşaqlardan Gənc Tamaşaçılar Teatrına təşəkkür

Xüsusi həssas uşaqlardan Gənc Tamaşaçılar Teatrına təşəkkür

Xüsusi həssas uşaqlardan Gənc Tamaşaçılar Teatrına təşəkkür
Dövlət Gənc Tamaşaçılar Teatrının məktəblilərin yeni il tətili günlərində nümayiş etdirdiyi tamaşalar fiziki qüsurlu və valideyn himayəsindən məhrum uşaqlar tərəfindən də çox böyük maraqla qarşılanıb.
Teatrın mətbuat xidmətindən Huriyyet.org-a verilən məlumata görə, bayram günlərində “Savab Dünyası” Talassemiya Assosiasiyası, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi, Azərbaycan Əlillər Cəmiyyəti Səbail Rayon Əlillər şöbəsinin İdarə Heyəti, “Duyğu” Sosial Reabilitasiya İctimai Birliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi, Azərbaycan Respublikası Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İctimai Birliyi, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyi Yasamal rayon şöbəsi, Azərbaycan Respublikası Əlil Körpələrə Yardım İctimai Birliyi, “Ümid İşığında” Əlil Uşaqlara Yardım İctimai Birliyi, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı, Azərbaycan Diabet Liqası, Ümidli Gələcək Gənclər İctimai Birliklərindən olan azyaşlı dostlarımız yeni il tamaşası olan “Qrinç”i izləmək imkanı əldə ediblər.
Teatr il ərzində hazırlanan, xüsusilə yeni il və Novruz bayramı ərəfəsində nümayiş etdirilən tamaşalara adıçəkilən təşkilatları fəal cəlb edir. Xeyriyyə məqsədilə nümayiş etdirilən tamaşalara, eləcə də hər zaman onlara göstərilən diqqət və qayğıya görə bir sıra müəssisələrdən teatra təşəkkür məktubları daxil olur.
“Yaradıcı təşkilat olaraq bu bizim vətəndaşlıq borcumuzdur. Sözügedən birliklərin üzvləri də cəmiyyətin bərabər hüquqlu üzvləridir və onlara mənəvi və maddi dəstək olmaq bizim üçün şərəfdir” – deyə teatrın direktoru Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov bildirib.
“Ümid İşığında” İctimai Birliyi, Azərbaycan Respublikası Əlil Körpələrə Yardım İctimai Birliyi və digər təşkilatlardan gələn məktublarda teatrda nümayiş etdirilən Yeni il tamaşalarından iştirakdan məmnun qaldıqlarını qeyd edərək teatrın rəhbərliyinə və yaradıcı heyətinə öz minnətdarlıqlarını bildirirlər.

Xüsusi həssas uşaqlardan Gənc Tamaşaçılar Teatrına təşəkkür

Xüsusi həssas uşaqlardan Gənc Tamaşaçılar Teatrına təşəkkür

Xüsusi həssas uşaqlardan Gənc Tamaşaçılar Teatrına təşəkkür


Altunay, Hurriyyet.org
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите код:
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
QALEREYA