» » Bələdiyyə sədrinin qatili tək olmayıb? – ŞOK İDDİA

Bələdiyyə sədrinin qatili tək olmayıb? – ŞOK İDDİA

  • Bələdiyyə sədrinin qatili tək olmayıb? – ŞOK İDDİA
    Saray qəsəbəsində yerləşən köhnə hərbi hissəyə aid iki hekter ərazini kim alıb?

    Abşeron rayonu Saray qəsəbəsində yerləşən hərbi hissə 2000-ci ildə boşaldıldıqdan sonra, onun ərazisinin faktiki sənəddə göstəriləndən çox olmasından xəbər tutan mühafizəçi Şirvan Bayramov, keçmiş bələdiyyə rəisi Vəsilə Həsənova, Cəmil (o dövrdə Abşeron rayon İcra başcısı Zakir Fərəcovun qudası), Fədail (Vəsilə xanımın sürücüsü və sonradan bu işlərin üstü açılmasın deyə Şirvanın və Cəmilin təhriki ilə Vəsilə xanımı qətlə yetirən şəxs) iki hektar ərazini öz qohumlarına və Fədailin tapıb gətirdiyi adamlara saxta sənədlərlə satıblar.
    Hurriyyet.org-a məlumat verən mənbə deyir ki, bu alqı-satqı işində həmin dovrdə Abşeron rayonunun başçısı olan Zakir Fərəcovun adından istifadə olunsa da, onun bundan xəbəri olmayıb:
    “Çünki o hərbi hissəni Zakir Fərəcov alıb, onun torpaq sahəsinin faktiki sənəddə göstəriləndən iki hektar artıq olduğundan xəbəri olmayıb. Elə bu saxtakarlıqdan xəbəri olmadığına görə də Şirvana yeni tikilməkdə olan hündürmərtəbəli binadan 4 otaqlı mənzil verilib.
    Hazırda icra başçısından gizlədilən 2 hektar torpaqdan alan adamlar orda evlər tiksələr də, sənədləşdirə bilmirlər. Bunun səbəbini soruşsalar da Şirvan Vəsilə Həsənovanın ölümünü bəhanə edib deyir ki, “o, saxta sənəd verib, mən neynəyim?!” Aldadılanlardan biri Şirvanı polislə qorxutduqda, o, həmin adama “mənim arxamda Zakir Fərəcov kimi şəxs dayanıb, mənə heç kim heç nə edə bilməz, kimsə mənə qarşı çaşarsa, o adamı da Vəsilənin dalınca göndərərəm” – deyib”.
    Məlumata əsasən, hərbi hissənin ərazisində olan balıq gölündən 2 qaçqın çörək pulu çıxarmaq üçün balıq tuturmuş. Bunu görən Şirvan onlara ov tüfəngi ilə hücüm çəkib: “Onlar öz canların güclə qurtarmışlar.
    Şirvan hər gün içib yoldan keçən qız-gəlinə söz atsa da yazıq camaat görməməzlikdən gəlir.
    Ən maraqlı fakt budur ki, Vəsilə Həsənova öldürülən gecə onun evinin qabağında Şirvanı görən şahidlər var. Hüqüq-mühafizə orqanları sabiq bələdiyə rəisi rəhmətik Vəsilə Həsənovanın necə qətlə yetirilməsini və torpaqların necə satılması işini yəqin təkrar araşdırsalar, cinayət baş verən gecə qatil Fədailin tək olmadığı da üzə çıxacaq”.

    Hurriyyet.org

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Nisan 2017    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    QALEREYA