» » İşğal altındakı rayonlardan olan gənclər hərbi xidmətə yola salındılar

İşğal altındakı rayonlardan olan gənclər hərbi xidmətə yola salındılar

  • İşğal altındakı rayonlardan olan gənclər hərbi xidmətə yola salındılarBu gün - yanvarın 9-da Xətai rayonundakı Heydər Parkında Şuşa, Laçın, Cəbrayıl rayonlarından olan gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
    Hurriyyet.org xəbər verir ki, mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yüksək rütbəli zabitləri, müvafiq rayonların icra hakimiyyətlərinin başçıları və nümayəndələri, ictimaiyyətin təmsilçiləri, Qarabağ müharibəsi veteranları, çağırışçıların valideynləri iştirak ediblər.
    İştirakçılar əvvəlcə parkda Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Sonra Azərbaycanın dövlət himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov çağırışçılara uğurlar arzulayaraq onların işğal altında olan torpaqlarımızın azad edilməsində iştirak edəcəklərinə inandığını bildirib.
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov gəncləri hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edərək ordu quruculuğu prosesində qazanılmış uğurlardan danışıb.
    “Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, Xidmətin Şuşa rayon bölməsinin rəisi polkovnik-leytenant Anar Əliyev, Qarabağ müharibəsi veteranı Yaşar Məhərrəmov, çağırışçıların valideynləri, eləcə də çağırışçılar çıxış edərək gənclərə Vətənin layiqli əsgəri olmağı, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı tövsiyə ediblər.
    Sonra gənclər Azərbaycan bayrağının altından keçərək onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.
    Hurriyyet.org

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Haziran 2017    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    QALEREYA