» » “Azərbaycanda DƏRMANLARIN DA “QARA BAZAR”I formalaşır” - Qubad İBADOĞLU

“Azərbaycanda DƏRMANLARIN DA “QARA BAZAR”I formalaşır” - Qubad İBADOĞLU

“Azərbaycanda DƏRMANLARIN DA “QARA BAZAR”I formalaşır” - Qubad İBADOĞLU

2015-ci ilin ortalarından başlayaraq dərman vasitələrinin qiymətlərinin inzibati tənzimlənməsi prosesi həyata keçirilir.
Bu barədə iqtisadçı Qubad İbadoğlu Hurriyyet.org-a açıqlamasında bildirib:
“Elə o vaxtdan da dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə məsul orqan Tarif Şurasıdır. Tarif Şurasının 2016-cı il 28 noyabr tarixli qərarı ilə dərman vasitələrinin qiymətləri manatın cari rəsmi məzənnəsinə uyğunlaşdırıldıqdan sonra aptek təşkilatlarının təchizatı ilə bağlı problemlər daha da artmaqdadır. Hazırda bir qrup dərmanlar satış dövriyyəsindən çıxarılmış, bir qrup dərmanlar isə kəskin bahalaşdığından onun da ikinci əldən satışı, yəni “qara bazar”ı formalaşmışdır. Belə ki, ən çox işlənən dərmanlardan ksantional, nikotinat, levomisetin,pirogenal, bromgeksin apteklərdə tapılmır, onların satış qiymətlərinin düzgün tənzimlənməməsi nəticəsində ölkəyə idxalı demək olar ki, dayanıb. Son 1 ildə Azərbaycanda əksər dərmanlar orta hesabla 20 faiz bahalaşıb. Bir qrup dərmanların qiyməti isə 2 dəfəyədək artıb. Vaxtılə 50 manata olan albumin hazırda 110 manata, 40 manata olan TAD 600 80 manata, 12 manata olan paskorbin 22 manata təklif olunur”.
Ekspert nəzərə çatdırdı ki, qiymətdən sonra müşahidə olunan əsas problemlərdən biri də dərmanların keyfiyyətidir: “Odur ki, dərman vasitələrinin qiymətinin liberallaşdırılması ilə yanaşı, keyfiyyətinə nəzarət sahəsində də islahatlar aparılmalıdır. Əks təqdirdə bu sektorda vəziyyətin daha da ağırlaşması, saxta dərmanların satış dövriyyəsində daxil olması müşahidə olunacaq. Bu vəziyyəti şərtləndirən səbəblərdən biri də dərman peraparatlarının idxalındakı oliqopoliyanın dəstəklənməsidir. Odur ki,dərman bazarında yalnız qiymətlərin liberallaşması, idxalın demonoplizasiyası və yerli əzcaçılıq sənayesinin inkişaf etdirilməsi mövcud problemin həllinə dəstək ola bilər”.

Şamo, Hurriyyet.org

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите код:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ




«    Mart 2017    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
QALEREYA