» » MÜXALİFƏT HÖKUMƏTİN ANTİ-BÖHRAN TƏDBİRLƏRİNƏ GÜVƏNMİR

MÜXALİFƏT HÖKUMƏTİN ANTİ-BÖHRAN TƏDBİRLƏRİNƏ GÜVƏNMİR

MÜXALİFƏT HÖKUMƏTİN ANTİ-BÖHRAN TƏDBİRLƏRİNƏ GÜVƏNMİR
Arif Hacılı: “Bu sistem çərçivəsində real islahatların həyata keçirilməsi qeyri-mümkündür.”

Mirmahmud Mirəlioğlu: ““Onlar o “Yol Xəritələri”ni kiminlə həyata keçirəcəklər?!...”

Əli Əliyev: “İndiki heyətlə hər hansı bir islahatın həyata keçəcəyinə inanmıram”


Yerli və beynəlxalq ekspertlərin dediklərinə görə, 2017-ci ildə Azərbaycanda ciddi sosial böhran olacağı qaçılmazdır. Bunu ayrı-ayrı dövlət rəsmiləri də etiraf edir. Odur ki, hökumət bu böhrana qarşı önləyici tədbirlər görməkdə, müəyyən sahələrə aid “Strateji yol xəritəsi” hazırlamaqdadır. Maraqlıdır, müxalifət hakimiyyətin anti-böhran tədbirlərinin perspektivinə inanırmı? Ümumiyyətlə, müxalif partiyaların ölkəni böhrandan çıxara biləcək hər hansı inkişaf planı və strategiyası varmı?
MÜXALİFƏT HÖKUMƏTİN ANTİ-BÖHRAN TƏDBİRLƏRİNƏ GÜVƏNMİR

Müsvat Partiyasının başqanı Arif Hacılı bildirdi ki, 2017-ci ilin ağır il olacağı artıq aksiomadır: “Ölkədə faktiki olaraq maliyyə-bank sistemi çöküb. Xırda və orta biznes dayanır. Ölkənin büdəsi ötən illə müqayisədə 3 dəfə azalıb. Bütün bu amillər, eyni zamanda Azərbaycan hakimiyyətinin hansısa real addımlar atmaq niyyətində olmaması və indiki şəraitdə də populist çıxışlarla bu məsələnin üzərindən keçməyə cəhd göstərməsi təsdiq edir ki, 2017-ci il ağır böhran ili olacaq. Müsavat Partiyası bu böhrandan çxış yolları ilə əlaqadar konkret təkliflərini hələ ötən ilin yanvar ayında Azərbaycan hakimiyyətinə təqdim edib. Zaman-zaman da öz təkliflərimizi irəli sürürük, fikirlərimizi səsləndiririk. Ancaq Azərbayacan hakimiyyətinin bu təklifləri həyata keçirmək üçün siyasi iradəsi yoxdur”.
A.Hacılı vurğuladı ki, 2017-ci il Azərbaycan cəmiyyətinin sosial, iqtisadi, siyasi sahədə öz haqları, hüquqları uğrunda daha çox mübarizə aparcağı il ola bilər: “Müsavat Partiyası 2017-ci ildə Azərbycan cəmiyyətinin diqqətini bu problemlərə yönəltməyə və bu problemlərin aradan qaldırılması üçün Azərbaycan vətəndaşlarının mübarizəsini təşkil etməyə cəhd göstərə bilər. Azərbaycan cəmiyyətinin fədakar mübarizəsinə ümid bəsləyirik və Müsavat Partiyası olaraq bu mübarizəni təşkil etməyə çalışacağıq”.
A.Hacılı hesab edir ki, əslində, hökumətin “Yol Xəritəsi”ndə heç bir yenilik yoxdur: “Uzun illər İham Əliyev öz çıxışlarında buna bənzər fikirlər səsləndirib, lakin bu deyilənlər həyata keçirilməyib. Çünki indiki sistem çərçivəsində ölkədə real siyasi və iqtisadi islahatların aparılması üçün Azərbaycan hakimiyyətinin siyasi iradəsinin olduğu görünmür. Bu “Yol Xəritəsi”ndə də yenə ümumi fikirlər səslənir, real iqtisadi islahatlardan danışılmır. İstər korrupsiyanın aradan qaldırılması, istər iqtisadi sahələr üzərində monopliyaya son qoyulması, istər yeni iş yerlərinin açılması, istər azad rəqabət şəraitinin yaradılması kimi fikirlər Azərbaycan hakimiyyəti tərəfindən, konkret olaraq İlham Əliyev tərəfindən bundan əvvəlki illərdə də dəfələrlə səslənib. Sadəcə bu fikirlər həyata keçməyib. Bir daha qeyd edirəm ki, Azərbycanda hazırda elə bir sistem mövcuddur ki, bu sistem çərçivəsində real islahatların həyata keçirilməsi qeyri-mümkündür. Ona görə, sistemin bütövlükdə dəyişilməsi, siyasi və iqtisadi islahatların paralel olaraq qlobal mənada həyata keçirilməsi zərurəti ortalıqdadır. Müsavat Partiyası olaraq, biz bu istiqamətdə öz təkliflərimizi irəli sürmüşük. Lakin təəssüflə qeyd etmək istəyirəm ki, hakimiyyətin bu təklifləri həyata keçirəcəyinə inamım yoxdur”.
Qeyd edək ki, hökumətin “Yol Xəritəsi”nin həyata keçirilməsi üçün konkret müddətin müəyyən edildiyini Arif Hacılının diqqətinə çatdırdıq. Partiya sədrinin cavabı birmənalı oldu: “Orada qeyd olunan islahatların heç birinin həyata keçirilməyəcəyi qənaətindəyəm. Bir daha qeyd edirəm ki, Azərbaycan hakimiyyəti bu tipli vədləri dəfələrlə verib və belə islahatların aparılacağı barədə dəfələrlə Azərbaycan cəmiyyəti qarşında çıxış edib”.
MÜXALİFƏT HÖKUMƏTİN ANTİ-BÖHRAN TƏDBİRLƏRİNƏ GÜVƏNMİR

KXCP sədri Mirmahmud Mirəlioğlunun fikrincə, ölkədəki sosial-iqtisadi böhran, ümumiyyətlə, dünya üzrə də bu ilin gərgin olacağı haqda proqnozlar ənənəvi planlara bir sıra təxirəsalınmaz tədbirlər və yaxud təkliflər daxil edilməsini məcbur edir: “Hələ ötən ilin əvvəlindən bu istiqamətdə bizim fikir mübadiləmiz var. Siyasi partiyalarla bu istiqamətdə görüşlər keçiririk, müzakirələr aparırıq. Hətta dəyirmi masalar keçiririk. İndi də bu məsələləri bü gün söhbət edilməsi mümkün olan siyasi partiya rəhbərləri ilə müzakirə edirik. Ayın 2-3-dən etibarən müzakirələrimiz davam etməkdədir. Bu müzakirələrin nəticəsini də mütləq mətbuata deyəcəyik. Ümumi razılığa gələndə ki nələri hakimiyyətə, cəmiyyətə açıqlmaq lazımdır, onları açıqlayacağıq”.
KXCP sədri vurğuladı ki, istər müəllim, istər tələbə, istər analitik-təhlilçilər, ümumiyyətlə hər kəs bilir ki, bu hakimiyyətin cəmiyyətə təqdim ediyi “Yol Xəritələri” əslində, yolsuzluğun göstəricisidir: “Onlar o “Yol Xəritələri”ni kiminlə həyata keçirəcəklər?! Hansı nazirliklər bu istiqamətdə iş görəcəklər? Azərbaycanın kənd təsərrüfatını bərbad vəziyyətə qoyan Kənd Təsərrüfatı Nazirliyimi? Azərbaycan səhiyyəsini alt-üst edən Səhiyyə Nazirliyimi? Təhsilmizi çox çıxılmaz vəziyyətə gətirən və gələcəyimizi çox qaranlıq göstərən bugünkü təhsil nazirimi? Iqtisadiyyatımızı alt-üst edən, bu gün iqtisadi proqnozlar verən iqtisadiyyat nazirimi? Hansını deyəsən? Bu məsələ özünü aldatmaqdan başqa bir şey deyil. Bunlar elə hesab edirlər ki, bu “Yol Xəritələri”ni gündə üfürməklə, təbliğ etməklə camaatı aldadırlar. Qətiyyən, mümkün deyil. Nə onların dediklərini etmək mümkündür, nə də onların özlərinin belə bir istəyi var. Ona görə ki, bunların hamısı yalanların üzərində qurulub. Onların istəyi ancaq və ancaq bu “Yol Xəritələri” ilə Azərbaycan insanının başını qatmaqdır. Hətta bu arzularına da çata bilmirlər”.
Bununla belə, M.Mirəlioğlu gələcəyə nikbin baxır: “Millətin gələcəyi yaxşı olacaq. Birincisi, cəmiyyət özü özünü bu vəziyyətdən çıxardacaq, inşallah. Bu cəmiyyəti yalan üzərində qurulan idarəetmə ilə başa çatdırmaq mümkün deyil. Cəmiyyət, millət özünə yol tapacaq. Allah da doğru yol tapanları hidayət edəcək, onları hədəflərinə çatdırcaq”.
MÜXALİFƏT HÖKUMƏTİN ANTİ-BÖHRAN TƏDBİRLƏRİNƏ GÜVƏNMİR

VİP sədri Əli Əliyev dedi ki, onlar partiya olaraq cari fəaliyyətlə məşğuldurlar: “2016-cı ildə etdiklərimizin davamını edirik. Ölkədəki vəziyyət bizm fəaliyyətimizi yalnız korrektə edə bilər. Çalışacağıq ki, situasiyanın necəliyindən irəli gələn addımlar atılsın. Təbii ki, bu yolda ölkədə yaranmış maliyyə, sosil, iqtisadi durum siyasi baxımdan ilin gərgin keçəcəyini ehtimal etməyə əsas verir. Ancaq birmənalı olaraq nəyin necə dəyişəcəyini hələlik proqnoz etmək çətin görünür. Belə ki, qarşıdan gələn dövr bizim cari fəaliyyətimizlə birlikdə, şəraitdən irəli gələn nüansları ortaya çıxaracaq və ondan sonra müvafiq addımlar atacağıq. İstisna etmirik ki, bu il qurultay keçirəcəyik, partiyanın təşkilatı işlərinin gücləndirilməsi istiqamətində fəaliyyətimizi quracağıq. Çox böyük ehtimal ki, yaranacaq hər hansı bir situasiyanı qarşılmaq üçün müvafiq tədbirlərimiz olacaq. Ancaq ölkənin makro mənada vəziyyəti müxalifətdən daha çox iqtidarın addımlarından, beynəlxalq situasiyadan asılı olacaq. Ona görə də konkret nəyisə əvvəldən proqnozlaşdırmaq çətindir”.
VİP sədri nəzərə çatdırdı ki, bu hakimiyyətin dönəmində müxtəlif proqramların qəbul olunmasının şahidi olunub: “Kağızda yazılanları dəyərləndirmiş olsaydıq, təbii ki, bunlar hamısı mütərəqqi və ölkəni inkişafa apara bilən proqramlar olmalı idi. O proqramlara inansaydıq, ölkədəki bütün sahələr üzrə durum indikindən xeyli fərqli olmalı idi. Ancaq təəssüf olsun ki, bu proqramları həyata keçirən adamların fəaliyyəti qəanətbəxş olmayıb. MTN və Rabitə Nazirliyi sahəsində gedən məhkəmə işlərindən, Beynəlxalq Bankla bağlı aparılan məhkəmə proseslərində dindirilmələr zamanı şahid ifadələrindən belə bəlli oldu ki, hakimiyyətin böyük əksəriyyəti, rəsmi strukturlarda əyləşən böyük çaplı məmurlar ölkəni talamaqla məşğul olublar. Təsadüfi deyil ki, bu siyasi səhvlərdən sonra ortaya çıxan adıçəkilən sahələr üzrə neqativ hallar digər sahələrdə də mövcuddur. Həmin sahələrin hədəfə alınmasının məqsədi o sahələrdə işləyən birinci şəxslərin buraxdığı siyasi səhvlər olub. Əminəm ki, digər sahələr də araşdırılsa, məhkəmə araşdırmasının suyektinə çevrilsə, orada olan vəziyyət nə MTN, nə də Rabitə Nazirliyindən mənfi mənada ciddi fərqlənməz. Bu baxımdan, həmin kadrların rabitə nazirinin, MTN rəhbərinin, Beynəlxalq Bank rəhbərinin, Beynəlxalq Bankda Müşahidə Şurasına rəhbərlik etmiş maliyyə nazirinin üzvi olduğu komandanın istənilən “Yol Xəritəsini”, istənilən iqtisadi sahədə islahatları heçə endirmək potensialı yüksəkdir. Dünyanın nəhəng dövlətinin sahibi olmuş Sovet Sosiallist Respublikaları İttifaqının rəhbərlərinindən birinin dediyi ifadə var: “kadrlar hər şeyi həll edir”. O sənədlərin, istiqamətlərin həyata keçirilməsinin əsas icraçıları təbii ki, nazirlər, onların müavinləri olacaq. Sənəddən əvvəl, o kadrların kimliyi məsələni müəyyənləşdirəcək. İndiki heyətlə hər hansı bir islahatın həyata keçəcəyinə, o cümlədən də 12 istiqamət üzrə qəbul edilmiş “Yol Xəritəsi”nin də nəyəsə müsbət bir nəticə gətirəcəyinə sadəcə inanmıram”

Şamo EMİN, Hurriyyet.org
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите код:
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
QALEREYA