» » DİŞ PLOMBLARI TARİXƏ QOVUŞUR? Dişlər öz-özünə bərpa ediləcək?

DİŞ PLOMBLARI TARİXƏ QOVUŞUR? Dişlər öz-özünə bərpa ediləcək?

DİŞ PLOMBLARI TARİXƏ QOVUŞUR? Dişlər öz-özünə bərpa ediləcək?

Hurriyyet.org xəbər verir ki, britaniyalı alimlər dişləri plombsuz müalicə eləmək üsulu tapıblar.

Britaniyalı alimləri əmindirlər ki, dişləri öz zədələrini müstəqil şəkildə bərpa etməyə məcbur eləmək mümkündür.

Londondakı Kral kollecindən olan komanda müəyyən edib ki, “Tideglusib” adlanan kimyəvi maddə diş özəyindəki hüceyrələri, siçanların dişlərində yaranmış kiçik deşikləri müalicə eləməyə məcbur edə bilər. “Sayns Reports” nəşrində dərc edilmiş tədqiqatda deyilir ki, bu metod “tam və effektli bərpaya gətirəcək”.

Dişlərin regenerasiya imkanları çox məhduddur. Daxili diş özəyinin (pulpa) üstü açıqldıqda, insan orqanizmi sərt diş təbəqəsi olan dentinin nazik bir zolağını hazırlamağa qabildir (dentin diş emalının altındakı təbəqədir). Lakin böyük zədələr bu üsulla sağalmırlar.

Adətən stomatoloqlar kariyesi metal qarışığı, tozşəkilli şüşə və keramika xəlitəsi ilə müalicə edirlər.

Lakin plombları müntəzəm şəkildə dəyişmək lazım gəlir və tədqiqatçılar dişlərin təbii regenerasiyasını gücləndirməyə ümid edirlər. Alimlər “Tideglusib” preparatı diş özəyindəki kök hüceyrələrin fəaliyyətini gücləndirdiyini və bunun sayəsində siçanların dişlərindəki 0,13 mm diametrindəki deşiklərin yoxa çıxmaslna imkan yaratdığını bildiriblər.

Maddənin hopdurulduğu bioloji şəkildə həll olunan süngər dişin zədəli hissəsinə yerləşdirilir, üzərindən müdafiə təbəqəsi çəkilir.

Hazırda alimlər bu üsulla daha böyük həcmli diş deşiklərinin yerinin doldurulmasının mümkünlüyünü tədqiq edirlər.

Hurriyyet.org
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите код:
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
QALEREYA