» » Gürcüstan, Rusiya və Azərbaycan zərgərləri zərgərliyi incələyəcək

Gürcüstan, Rusiya və Azərbaycan zərgərləri zərgərliyi incələyəcək

  • Loading...
    Gürcüstan, Rusiya və Azərbaycan zərgərləri zərgərliyi incələyəcək

    “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah”

    2017-ci ilin 25-27 yanvarda İCOM Azərbaycan Milli Komitəsi, Azərbaycan Xalça Muzeyi, İCOM Gürcüstan Milli Komitəsi və P.S. Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyinin (Mahaçqala, Rusiya) birgə təşkilatçılığı ilə “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” mövzusunda regional seminar keçiriləcək.

    Azərbaycan Xalça Muzeyinin mətbuat xidmətindən Hurriyyet.org-a daxil olan məlumata görə, seminarda zərgərlik nümunələrinin muzey fondlarında saxlanılması və təhlükəsizliyi; zərgərlik nümunələrinin bərpa və konservasiyası; müasir zərgərlərin muzeylərlə əməkdaşlığı; ənənəvi və müasir üslublarda hazırlanan zərgərlik nümunələrinin muzeylər tərəfindən satın alınması; zərgərlik kolleksiyaları üzrə kuratorluq işi; ictimai proseslərlə sıx bağlı olan yeni düşüncə tərzinin səviyyəsini müəyyənləşdirən marketinqlə bağlı məsələlər müzakirə olunacaq.

    Azərbaycan, Gürcüstan və Rusiyadan zərgərlik kolleksiyaların kuratorları, zərgərlər, zərgərlik üzrə dizaynerlər, qiymətli metal və daşlar üzrə rəssamlar, müasir zərgərlik brendlərinin nümayəndələri, bərpaçılar, konservatorlar, muzeyin təhlükəsizlik xidməti nümayəndələri və marketinq menecerləri seminarda iştirak edəcəklər.

    İştirakçılar seminar ərzində Azərbaycan Xalça Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Milli İncəsənət Muzeyinin zərgərlik fondlarını, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzini, “Rəsm” milli zərgərlik brendinin mağazasını ziyarət edəcəklər.

    Seminar ərzində 25-27 yanvar, saat 17:30-da Azərbaycan Xalça Muzeyində zərgərlik nümunələrinin sərgi-satış yarmarkası planlaşdırılır.

    Nigar, Hurriyyet.org

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Temmuz 2017    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    QALEREYA