» » Fərhad Bədəlbəyli, Akif Əlizadə, Ceyran Mahmudova...

Fərhad Bədəlbəyli, Akif Əlizadə, Ceyran Mahmudova...

Fərhad Bədəlbəyli, Akif Əlizadə, Ceyran Mahmudova...
Yanvarın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında AMEA-nın “Alimlər evi”nin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Musiqi məbədindən elm məbədinə" adlı birgə layihəsi çərçivəsində musiqili lektoriya təşkil olunub.

Lektoriyada AMEA və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elm və mədəniyyət xadimləri, ictimaiyyətin tanınmış nümayəndələri iştirak edib.
Hurriyyet.org-a verilən məlumata görə, tədbiri açan AMEA-nın “Alimlər evi”nin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva lektoryanın görkəmli bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunduğunu qeyd edərək, onun bir alim kimi elmə böyük töhfələr bəxş etdiyini, bir vətəndaş kimi hər bir azərbaycanlıya örnək ömür yaşadığını diqqətə çatdırıb.
Sonra tədbirdə Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudova “Üzeyir Hacıbəyli – görkəmli bəstəkar, alim, şəxsiyyət” mövzusunda mühazirə söyləyib. Dahi bəstəkarın həyat və fəaliyyəti, çoxşaxəli yaradıcılığı, ərsəyə gətirdiyi sənət inciləri haqqında danışıb. Bildirib ki, böyük istedada malik sənətkar yeni musiqi formalarının, o cümlədən operanın və operettanın əsasını qoyub. Onun tükənməz fəaliyyəti nəticəsində Azərbaycanda opera sənəti, opera və balet teatrı inkişaf edib. Alimin həm də Azərbaycanda musiqi təhsilinin banilərindən olduğunu vurğulayan professor C.Mahmudova, akademik Üzeyir Hacıbəylinin musiqi mədəniyyətimizin inkişafında böyük xidmətlər göstərəcək kadrların hazırlanmasına, musiqi məktəblərinin yaradılmasına rəhbərlik etdiyini deyib. Qeyd edib ki, ömrünü Azərbaycan musiqi elminin, ədəbiyyatının və mədəniyyətinin inkişafına həsr edən alim bir çox musiqi və dram əsərləri, felyetonlar, elmi-publisist məqalələr, dərsliklər yazıb, tərcümələr edib, ictimai işlərdə fəal çalışıb.
Daha sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edib. Musiqili lektoriyanın AMEA-da ilk dəfə təşkil olunduğunu vurğulayaraq qeyd edib ki, məqsəd bu sahədə fəaliyyət göstərən alim və musiqiçilərin təcrübəsini paylaşmaq, insanların musiqi biliklərini daha da zənginləşdirməkdir.
Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli zəngin həyat yolu keçmiş bəstəkarın elmi-pedaqoji fəaliyyəti, musiqi elminin inkişafındakı xidmətləri haqqında və ədəbi irsinin əhəmiyyətindən danışıb.
Musiqili təqdimatla keçən tədbirdə Bakı Musiqi Akademiyasının tələbə və məzunları dünya şöhrətli bəstəkarın əsərlərindən ifalar ediblər.

Altunay, Huriyyet.org

Fərhad Bədəlbəyli, Akif Əlizadə, Ceyran Mahmudova...

Fərhad Bədəlbəyli, Akif Əlizadə, Ceyran Mahmudova...

Fərhad Bədəlbəyli, Akif Əlizadə, Ceyran Mahmudova...

Fərhad Bədəlbəyli, Akif Əlizadə, Ceyran Mahmudova...
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите код:
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
QALEREYA