» » Natiq Cəfərli: “Trampın sabahkı mətbuat konfransından sonra əks effekt də yarana bilər”

Natiq Cəfərli: “Trampın sabahkı mətbuat konfransından sonra əks effekt də yarana bilər”

  • Loading...
    Natiq Cəfərli: “Trampın sabahkı mətbuat konfransından sonra əks effekt də yarana bilər”

    Dollar avro səviyyəsinədək yüksələ bilər. Bur proqnozla "Goldman Sachs" investisiya bankının iqtisadçısı Yan Xatsius çıxış edib. Y. Xatsius hesab edir ki, ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) bu il faiz dərəcələrini üç dəfə - iyun, sentyabr və dekabrda artıra bilər. Bundan sonra isə FED-in faiz dərəcələri Avropa Mərkəzi Bankının (AMB) faiz dərəcələrindən əhəmiyyətli dərəcədə yüksək olacaq: "Burada əsas stimul valyutanın dəyəri deyil, faiz dərəcələri arasında real fərqdir".
    Dolların səviyyəsinin yüksəlməsi isə bütün dünya ölkələri kimi, Azərbaycan üçün də birmənalı olaraq yaxşı heç nə vəd etmir. Bütün bu proqnozlara baxmayaraq, bu gün dünya valyuta bazarında dolların avro və Yapon yeninə nisbətən məzənnəsi zəifləyib. Bunun səbəbi kimi isə bazar iştirakçılarının ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın sabah baş tutacaq mətbuat konfransını gözləməsi göstərilir.
    Qeyd edək ki, ötən ticarət sessiyasının yekununda 1,0574 dollar səviyyəsində olan avro bu gün 1,0608 dollara yüksəlib.
    Dolların yenə nisbətən məzənnəsi 115,62 yen səviyyəsinə enib. Halbuki, ötən ticarət sessiyasında dollar 116,03 yen olub.
    Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Hurriyyet.org-a bildirdi ki, Federal Ehtiyat Sisteminin bu il daha aqressiv faiz artımı ehtimalı çox yüksəkdir:
    “Dekabr toplantısında da 2017-ci ildə təqribən 3 dəfə faiz artımına gedə biləcəyi vurğulanmışdı. FED və regional FED rəhbərlərinin çıxışlarında da bu vuruğulanır ki, Amerikanın makroiqtisadi göstəriciləri kifayət qədər yaxşı səviyyədədir və buna görə də daha rahat faiz artımına gedə bilər. Ola bilər ki, fazi artımının dərəcələri açıq səviyyələrdə qalsın, 25/100-i keçməsin. Amma hər halda, daha rahat və tez bu addımı ata bilərlər. İlkin addım bu ilin birinci yarısında gözlənilir. Yəni ya mart, ya da may toplantılarında ilk faiz artmı olması ehtimalı çox yüksəkdir. Təbii ki, bu ehtimal dünyada dollar indeksini bahalaşdırır və dolların bütün valyutalara qarşı daha da bahalaşmasını saxlayır. Bunun da təbii olaraq Azərbaycana təsirləri var. Çünki ən azı ətraf ölkələrdə milli valyutalar dəyərdən düşürsə, bunun Azərbaycan manatına təsirsiz ötüşməsi mümkün deyil. Təbii ki, Azərbaycanın əsas problemi FED faizi deyil. Manatın dəyərdən düşməsinin əsas səbəbi ölkənin ixracat potensialının zəif olması və əsas ixracat məhsulumuz olan neftin qiymətinin düşməsi ilə əlaqadar gəlirlərin azalmasıdır ki, bunun altenativini tapa bilmirik. Yəni biz daha çox ixrac edə bilmirik. Ölkədə valyuta qıtlığı var. Manatın əsas problemi bununla əlaqadardır. Amma bütün hallarda, FED-in verdiyi qərarlar bütün dünyaya necə təsir göstərirsə, onun dalğaları Azərbaycana da çatacaq. Doğrudan da FED daha aqressiv və daha tez faiz artımına gedəcəksə, dolların dünyada bahalaşması Azərbaycan manatının da dollar qarşısında daha sürətlə dəyərdən düşməsinə səbəb olacaq”.
    İqtisadçı nəzərə çatdırdı ki, dollar bu gün dünyada gün ərzində hərraclarda təqribən avro qarşısında 0,70 faiz zəifləyib: “Bunun əsas səbəblərindən biri doğrudan da Trampın sabahkı mətbuat konfransından yaranmış gözləntilərdir. İkinci səbəbi isə iki regional FED sədrinin bu gün mətbuatda fikirləri yayılıb ki, faiz artımını daha yumşaq şəkildə həyata keçirsək, daha məntiqli olar. Bu da bazarlara təsir göstərib. Trampın çıxışından gözləntilər isə odur ki, onun öz aqressiv ritorikasını davam etdirə biləcəyi ehtimalından çıxış edirlər. Yəni bazarda Çinə, Meksikaya, ümumiyyətlə, ticarət tərəfdaşlarına qarşı daha aqressiv iqtisadi siyasət yürüdə biləcəyi ehtimalı gözləntiləri yaranıb. Sabah Tramp mətbuat konfransındakı çıxışında Çinlə, Meksika ilə bağlı növbəti dəfə kəskin bəyanatlar versə və yaxud Amerika şirkətlərinin dünyadan evinə, yəni Amerikaya dönməyinə, yəni istehsalı Amerikada etməyinə görə təşviqlər hazırlanmasını bəyan etsə, bu dolların məzənnəsinə ciddi təsir göstərə bilər. Amma əks effekt də yarana bilər. Bu ehtimalı heç də asan saymıram. Ola bilər ki, sabah Tramp çıxışında doğurdan da Amerika iqtisadiyyatının daha da güclənməsi üçün ciddi ipucları versə və ciddi bir proqramın olduğunu açıqlasa, əksinə, dollar dünya valyutalarına qarşı daha ciddi şəkildə möhkəmlənsin”.
    N. Cəfərli onu da vurğuladı ki, neftin qiymətinin 56 dollar olmasına baxmayaraq, manatın möhkəmlənməməsinin səbəbi odur ki, Azərbaycanda digər alternativlər yoxdur: “Yəni valyuta bazarında oyunçular yoxdur. İqtisadi sistemi bizə bənzər olsa da, ciddi fərqlər olan Rusiyada belə valyuta bazarında hər gün 11 min müxtəlif oyunçu fəaliyyət göstərir. Yəni həm valyuta alırlar, həm də satırlar. Orada təqribən 11 min hüquqi şəxs fəaliyyətdədir. Bu da rublun dünya bazarında gedən proseslərə daha həssas yanaşmasına səbəb olur. Hələ son vaxtlar rublun kəskin möhkəmlənməsi və bahalaşması bunlarla əlaqədardır ki, neftin qiyməti 55 dolları keçən kimi rubla pozitiv təsir göstərdi. Amma indi Azərbaycanda Neft Fondundan başqa hərracda bir oyunçu yoxdur. Əvvəllər Mərkəzi Bank ikinci bir oyunçu kimi çıxış edirdi. İndi Mərkəzi Bank hərraclardan tam çəklib. Çünki dollar ehtiyatları minimuma, yəni 4 milyard dollara enib. Mərkəzi Bank ehtiyatların bundan aşağı enməsinə imkan vermək istəmir. İkinci bir oyunçunun olmadığına görə, hərraclarda ancaq Neft Fondunun nəzərdə tutduğu valyuta satılır. O da ölkənin tələbatını ödəmir. Məhz bu nöqteyi-nəzərdən Azərbaycanda neftin bahalaşması manata birbaşa təsir göstərmir. Neft o qədər ciddi bahalaşmalıdır ki, yəni təqribən 80 dollar civarına çatmalıdır ki, o zaman manat daha rahat ola bilər, hətta möhkəmlənə də bilər. Ama bunun da ehtimalı təəssüf ki, çox aşağıdır. Yaxın gələcəkdə nefin qiymətinin kəskin bahalaşacağı ehtimalı sıfıra yaxındır. Hətta əks proses də baş verə bilər. Necə ki, dünən dünya bazarlarında neft birdən-birə 4 faiz ucuzlaşdı. Belə bir proses yenidən təkraralna bilər. Hətta neftin qiymətinin 50 dollardan aşağı düməsi ehtimalı da var. Bu nöqteyi-nəzərdən neftlə bağlı baş verən proseslər hələ manata təsir göstərmir. Buna görə də neftin qiymətinin qalxması Azərbaycanda manatın möhkəmlənməsinə və valyuta axınının güclənməsinə səbəb olmur”.

    Şamo Emin, Hurriyyet.org

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Ağustos 2017    »
    PtSaÇaPrCuCtPz
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    QALEREYA