» » ŞIKAYƏTÇİ “BAKCELL”İ OĞURLUQDA İTTİHAM EDİR

ŞIKAYƏTÇİ “BAKCELL”İ OĞURLUQDA İTTİHAM EDİR

ŞIKAYƏTÇİ “BAKCELL”İ OĞURLUQDA İTTİHAM EDİR

“Azad İstehlakçılar” birliyinə şikayət rezonans yaratdı

“Bakcell”in Koorporativ kommunikasiya bölməsi: “Dərhal araşdırma aparılacaq”


Azad İstehlakçılar İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov öz “feysbuk” səhifəsində paylaşıb ki, mobil operatorların istehlakçı hüququnu pozması barədə AİİB-ə çoxsaylı müraciətlər olur.
Birlik sədri yazıb ki, sonuncu iki şikayət “Bakcell” mobil opearotoru ilə bağlıdır. Ərizənin məzmununu nəzərinizə çatdıraraq qeyd edirik ki, istehlakçı hüquqlarının pozulmasına dair AİİB-ə daxil olan şikayətlərin 80%-i birlik tərəfindən təmənnasız olaraq mediasiya yolu ilə (danışıq yolu ilə) həll olunsa da, mobil operatorlarla bu mümkün olmur. Təəssüf ki, istehlakçı hüquqlarını qorumağa cavabdeh olan dövlət qurumları da mobil operatorların bu əməllərinə sədd çəkə bilmir.
Sonuncu şikayətlərlə bağlı AİİB İqtisadiyyat Nazirliyinə və Rabitə Nazirliyinə rəsmi müraciətlər ünvanlayıb.
Binəqədi rayonu, 7-ci mkr, F.Məlikov küçəsi 31/24 ünvanında yaşayan Nəcibə Salehova ərizəsində yazıb ki, təxminən 3 ay əvvəl, 2016-cı ilin oktyabrından “Bakcell” şirkəti gecələr onun balansından 0.10 AZN, 0.07 AZN, 0.39 AZN pul çıxıb: “Daha doğrusu, oğurlanır. Balansımda məbləğ çox olanda bunun fərqinə varmıram. Amma balansımdakı məbləğ az olanda səhər balansımdakı məbləğin azaldığını görürəm. Həm də telefonumun ekranında balansımdan pul çıxıldığı haqqında bildiriş də gəlir. Artıq 2 dəfə “Bakcell”ə bu barədə telefonla şikayət etmişəm. Onlar mənim ödənişli xidmətlə abunə olduğumu bildiriblər. Qısaca məni “yola veriblər”. Axı mən bilirəm ki, mən ödənişli xidmətlərə abunə deyiləm. 1 dəfə isə səhvlərini boyunlarına alıb, səhvən çıxıldığını bildiriblər, 1 həftədən sonra mesajla 0.07 AZN-in balansıma oturulduğunu bildiriblər. Artıq mən onlara şikayətimi bildirmək üçün 0.15 AZN kontur işlətmiş. Və bu problemi yaşayandan bəri dəfələrlə, 5595-ə STOP yazıb göndərmişəm ki, əgər xəbərim olmadan “Bakcell” və ya “Bakcell” ilə müqavilə bağlayıb insanların cibinə girən “şirkətlər” ödənişli xidmətlərə abunə ediblərsə də, nömrəm həmin mesajlardan deaktiv olunsun. Lakin yenə də mənim balansımdan kontur silinir. Və hesablayanda ki, 3 aydan çoxdur ki, (mən fərqinə vardığım 3 aydır, bəlkə də ondan çox qabaq çıxılır) mənim balansımdan “Bakcell” pul oğurlayır, bu elə də az məbləğ etmir, mənim üçün.
Xahiş edirəm, bu vaxta kimi mənim balansımdan oğurlanan məbləğ balansıma qaytarılsın. Bu barədə müvafiq dövlət orqanlarına və KİV-ə məlumat verilsin”.

“İnternet paketim bir gecəyə boşalır”

“Bakcel” abunəçisi olan Məmməd Gözəlov isə AİİB-ə müraciətində yazıb ki, işiylə əlaqədar interntdən sıx istifadə edir, hər ay balansına 10 manat yükləməklə 5 Gb internet paketi alır, amma bir neçə aydır ki, 5 Gb bir gecəyə yox olur: “Bakcellə müraciət edəndə guya telefonumda gedən yenilənməni əsas gətirirlər, halbuki bütün yenilənməni əl rejiminə keçirmişəm. 4 yanvarda yüklənən 5 Gb internet paketindən 7 yanvara 1 Gb qalıb. Təkrar müraciətimdə yenə “Bakcell”dən mənə konkret cavab verən olmadı. Bu hal dəfələrlə təkrar olunduğu üçün Sizin mənə kömək etməyinizi xahiş edirəm”.

40 manata yaxın pulum yoxa çıxdı, şikayət etdim, qaytardılar

Statusun altında şərhlər də yer alıb. Xumar Nurdannur adlı profil sahibi yazıb ki, oxşar problemlə o da rastlaşıb: “Məndə də buna oxşar vəziyyət idi. “Baksell”dən 40.00 manata yaxın pulum yavaş-yavaş yoxa çıxdı. Zəng edib öyrənəndə "siz provayderə abunə olmusunuz" dedilər. Soruşdum ki, nəyə abunə olmuşam, cavabında "18 videos"a abunə olmusunuz. Mən də cavabında yazdım ki, mənim telefonumun nə youtube-si var, nə şəkil çəkir, nə Bluetooth-u var, nə də internetə bağlanır. Şikayət etdim. Pulumu qaytardılar. Hara şikayət etdim və necə bunu etdimsə, məni axtardılar və danışıqdan sonra qaytardılar”.

“Bakcell” araşdırma üçün abunəçini müştəri xidmətlərinə çağırır

Şikayətlə əlaqədar “Bakcell” mobil şirkətinə müraciət etdik. Şirkətin Bakcellin Koorporativ kommunikasiya bölməsindən Hurriyyet.org-a bildirdilər ki, AİİB rəhbəri Eyyub Hüseynovun yanvar ayının 10-u Facebook sosial şəbəkəsində qeyd etdiyi vətəndaş Məmməd Gözəlova aid məsələ ilə bağlı “Bakcell”in aidiyyəti şöbələri araşdırma aparıb. Araşdırmanın nəticələrinə əsasən, abunəçiyə məxsus nömrədə heç bir çətinlik aşkar edilməyib: “Abunəçi tərəfindən yanvar ayının 4-ü əldə etdiyi 5GB həcmli internet paketinin istifadəsi tarifikasiyaya uyğun hesablanıb və istifadə olunan trafikdən əlavə heç bir xidmət haqqı tutulmayıb. İnternet paketinin istifadəsi barədə ətraflı məlumat əldə etmək üçün nömrənin sahibi şəxsiyyətini təsdiq edən sənədlə birlikdə Bakcell Müştəri Xidmətləri və ya Xidmət Mərkəzlərindən birinə yaxınlaşaraq izahlı qaimə əldə edə bilər. Bundan əlavə qeyd edək ki, vətəndaş Gözəlov Məmmədin “Bakcell”in Məlumat Mərkəzinə hər iki müraciəti (yanvarın 4-ü və 7-i) cavablandırılıb və abunəçinin adından heç bir şikayət operator tərəfindən qeydə alınmayıb”.

Dərhal araşdırılacaq

Abunəçi N. Salehovanın müraciətində isə ona məxsus nömrə qeyd edilmədiyi üçün bu məsələ ilə bağlı araşdırma aparmaq mümkün olmayıb: “Lakin nömrə haqqında məlumat əldə etdiyimiz təqdirdə dərhal araşdırma aparılacaq və nəticələr təqdim olunacaq. Buna baxmayaraq, Nəcibə xanım mobil nömrəsindən 555 Bakcell Məlumat Mərkəzinə zəng edə və yaxud şəxsən Müştəri Xidmətləri Mərkəzlərindən birinə yaxınlaşaraq nömrəsi barədə ətraflı məlumat əldə edə bilər”.

Telefon məlumat mərkəzindən məlumat almaq müşkülü

Qeyd edək ki, mobil operatorların Məlumat mərkəzləri və müştəri xidmətləriylə telefon əlaqəsi də çətin bir prosesdir. Bununla əlaqədar da redaksiyamıza xeyli məlumatlar daxil olur. Abonentlər bildirirlər ki, telefon vasitəsilə bir məlumatı əldə etmək üçün bəzən dəqiqələrlə, hətta saatlarla vaxt, enerji itirməli, əsəb korlamalı olurlar. Bu mövzunun çözümüylə bağlı da oxucularımıza gələcək yazılarımızda məlumat verəcəyik.

Nigar, Hurriyyet.org
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите код:


MƏDƏNİYYƏT


REGİON
MÜSAHİBƏ




«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
QALEREYA