» » Müxalifət Mehman Hüseynovun həbsinə etiraz etdi

Müxalifət Mehman Hüseynovun həbsinə etiraz etdi

Müxalifət Mehman Hüseynovun həbsinə etiraz etdiBloggerin həbs olunması ölkədə korrupsiyalaşmış məmurların ifşasına yönəlik fəaliyyətin nəticəsi kimi qiymətlənidirilib

Bu gün Klassik Xalq Cəbhəsinin (KXCP) qərargahında müxalif partiya sədrlərinin növbəti toplantısı keçirilib. Partiyanın Mətbuat Xidmətindən Hurriyyet.org-a verilən məlumata əsasən, iclasda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub.
Siyasi partiya sədrləri toplantıda “Nardaran işi” adlı məhkəmə prosesinin yekunlaşdırılması məsələsinə münasibət bildiriblər. Qeyd olunb ki, həmin hadisələrlə əlaqədar həbs olunan şəxslərə işgəncə verilməsi, onların hüquqlarının pozulması, radikal dini ekstremizmi siyasi müxalifətlə bağlamaq cəhdləri yolverilməzdir. Odur ki, ittiham olunan şəxslərə münasibətdə ədalətli məhkəmə hüququnun real təmin olunması zəruri hesb edilib.
Partiya sədrlərinin toplantısında Azərbaycanda təriqətçilik meyllərinin süni surətdə yaradılması, təriqətlərar arasında münasibətləri alovlandırmaq cəhdləri pislənilib.
İclasda həmçinin blogger Mehman Hüseynovun inzibati qaydada həbsi pislənilib. Onun həbs olunması ölkədə korrupsiyalaşmış məmurların ifşasına yönəlik fəaliyyətin nəticəsi kimi qiymətlənidirilib.
Toplantının sonunda yanvarın 17-də KXCP qərargahında ““20 Yanvar” dərsləri və bu gün” mövzusunda “Dəyirmi masa” keçirilməsi qərara alınıb.

Hurriyyet.org

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ




«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
QALEREYA