» » Fars şovinizmi hücuma keçdi - Türk dilinə qadağaya qarşı çıxış edən Əzimi Qədim həbs olundu

Fars şovinizmi hücuma keçdi - Türk dilinə qadağaya qarşı çıxış edən Əzimi Qədim həbs olundu

Fars şovinizmi hücuma keçdi - Türk dilinə qadağaya qarşı çıxış edən Əzimi Qədim həbs olundu

Hurriyyet.org xəbər verir ki, Azərbaycan Milli Hərəkatının bir qrup fəalı yanvarın 7-də Tehranda təhlükəsizlik qüvvələri tərəfindən tutulan milli-mədəni fəalların azadlığını tələb edən bəyanat yayıb.

Ruhanilərə Məxsus Məhkəmənin hökmü ilə müvəqqəti olaraq saxlanılan Höccətul-İslam Əbduləziz Əzimi Qədim və Əli Baqirinin Evin zindanının karantin bölümündə saxlandığı bildirilir.

Ruhanilərə Məxsus Məhkəmə fəalların hansı səbəbdən yaxalandığı barədə heç bir məlumat verməyib.

“Tanınmış din xadimi cənab Əzimi Qədim dostu Əli Baqiri ilə birlikdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Bu hadisə İran rejiminin irqçi mahiyyətini bir daha ifşa etmiş oldu. Ona görə ki, cənab Əzimi Qədim Azərbaycan türk millətinin milli və mədəni hüquqlarını qanun çərçivəsində tələb edirdi, elə bu səbəbdən də Türkdilli Deputatlar Fraksiyasının yaradılmasını israrla tələb edirdi.

Lakin məhkəmə və təhlükəsizlik qüvvələri bilməlidir ki, azərbaycanlı fəalları həbs etməklə heç nəyə nail ola bilməyəcəklər. Artıq türk toplumunda milli şüur o qədər güclüdür ki, onlarla Əzimi Qədim Qum şəhərinin Elmi-Hövzəsində və onlarla Əli Baqiri cəmiyyətdə gənclər arasında yetişməkdədir və belə təzyiqlər Azərbaycan türk millətinin milli hafizəsindən heç vaxt silinməyəcək.

Biz Əzimi Qədim və Əli Baqirinin saxlanılmasını şiddətlə qınayır və səlahiyyətli orqanlara xəbərdarlıq edirik ki, həbsdə olan bütün fəallar, xüsusi ilə də bu iki mübariz insanın sağlıq durumu ilə əlaqədar bütün məsuliyyət onların üzərinə düşür. Qanunsuz olaraq tutulan Əzimi Qədim və Əli Baqiri dərhal azadlığa buraxılmalıdır, əks halda müxtəlif etirazlara səbəb ola bilər və bu kimi nəticələrin məsuliyyətini səlahiyyətli orqanlar daşıyacaq”,
- deyə Azərbaycan Milli Hərəkatının bir qrup fəalı tərəfindən yayılan bəyanatda bildirilib.

“Bao.az” saytı “Gün.az TV”-yə istinadən xəbər verir ki, adı çəkilən fəallar bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardıqları dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıblar.

Əzimi Qədim 2005-ci ildən bəri fəaliyyətləri üzündən dəfələrlə İranın təhlükəsizlik və məhkəmə qurumları tərəfindən həbs, təqib və təzyiqlərə məruz qalıb. “Amnesty International” 2005-06 illərində onun haqqında üç bəyanat yayıb.

O daha əvvəl “Amerikanın Səsi”nə müsahibədə Azərbaycan və digər bölgələrdə yaşayan türklərə tətbiq edilən basqıları tənqid edib.

Hurriyyet.org
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите код:


MƏDƏNİYYƏT


REGİON
MÜSAHİBƏ




«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
QALEREYA