» » “Deşikli qaba nə qədər su töksək, qabda yenə də su azalacaq”

“Deşikli qaba nə qədər su töksək, qabda yenə də su azalacaq”

  • Loading...
    “Deşikli qaba nə qədər su töksək, qabda yenə də su azalacaq”

    Neft Fondu Mərkəzi Banka il ərzində indiki məzənnə ilə 4,2 milyard dollar köçürəcək. Bu təxminən ayda 352 milyon dollar edir.
    Bu barədə İqtisadçı Samir Əliyev Hurriyyet.org-a danışıb:
    “Hesablamalarımıza əsasən, valyuta bazarının aylıq kəsirinin 300-400 milyon dollar olduğunu yazmışdıq. Deməli, bu transfert gözlənilməz hadisələr (neftin kəskin ucuzlaşması, siyasi böhran, maliyyə panikası və s.) baş verməsə bazarı 2017-ci ildə sakitləşdirə biləcək. Bankların dollar satışı bərpa ediləcək. Qara bazarın əhəmiyyəti azalacaq. Mərkəzi Bank yəqin ki, vəsaitləri bir neçə istiqamətdə istifadə edəcək: - ehtiyac yarandıqca hərraca əlavə vəsait çıxartmaq - dövlət zəmanətli və bəzi bankların (məsələn, Beynəlxalq bankın) xarici öhdəliklərini qarşılamaq - banklara dollar likvidliyi (kredit və ya depozit vasitəsilə) vermək”.
    S. Əliyev nəzərə çatdırdı ki, valyuta çatışmazlığını Neft Fondunun aktivləri və Mərkəzi Bankın ehtiyatları hesabına müvəqqəti aradan qaldırmaq olar: “Ancaq bu, problemin ömrünü uzatmaq və onun taleyini dünya bazarlarında neftin bahalaşmasına bağlamaqdan başqa bir şey deyil. Problem sistem xarakter daşıdığından məsələnin həlli köklü yanaşma tələb edir. Manatın məzənnəsinin sabitliyi yalnız dayanıqlı makroiqtisadi sabitlik və iqtisadi inkişaf fonunda mümkündür.
    Hökumət təxminən 1 il vaxt qazandı. Hətta bu təşəbbüsdən sonra da manatın tam üzməsini iddia etmək olmaz. Manat Mərkəzi Bankın dəstəyi ilə üzməkdə davam edəcək. Bu addımlardan sonra manatın bahaşması real deyil. Ola bilər epizodik bahalaşma baş versin. Amma tendensiya ucuzlaşamq istiqamətində olacaq. Sadəcə, Neft Fondunun bu dəstəyi imkan verəcək ki, manat tədricən ucuzlaşsın”.
    S. Əliyev hesab edir ki, problemin həlli əksdollarlaşma siyasətindədir: “Deşikli qaba nə qədər su töksək, bir müddətdən sonra qabda yenə də su azalacaq. Ona görə də o deşikləri tutmaq lazımdır. Həmin deşiklər isə bizim nümunədə kapital axını və dollarlaşmadır. Hökumət əsas diqqəti əksdollarlaşma tədbirlərinin gücləndirilməsinə yönəltməldir. Neft Fondunun pulu hesabına valyuta bazarını dollarla təmin siyasəti isə sonda uğursuzluğa düçar ola bilər və təhlükəsizlik yastığının "əriməsinə" gətirib çıxara bilər”.

    Şamo, Hurriyyet.org

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Temmuz 2017    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    QALEREYA