» » “Yaranmış böhran sistemsizliyin böhranıdır” - Məhəmməd Talıblı

“Yaranmış böhran sistemsizliyin böhranıdır” - Məhəmməd Talıblı

“Yaranmış böhran sistemsizliyin böhranıdır” - Məhəmməd Talıblı
Hurriyyet.org xəbər verir ki, iqtisadçı Məhəmməd Talıblı “Feysbuk” səhifəsində hökumətin pis gündə olduğunu yazıb: “Mərkəzi Bank SOCAR-a 7,5 milyard manat kredit vermişdi. Neft Fondu Mərkəzi Banka 7,5 milyard manatadək transfer edəcək. Neft Fondu da hər il dövlət büdcəsinə transfertlər edir. Bir il 100 milyon manat edəcək, başqa bir il 11,3 milyard manat. Mərkəzi Bankın rezervləri çox, Neft Fondunun aktivləri ondan az olsaydı, o da ona istənilən məbləğdə köçürmələr edəcəkdi. Görürsüz, sistemsizlik və ödənişlərlə heç bir qayda gözlənilmədən bütün bunlar həyata keçirilir. Bu mənə müstəqilliyin ilk illərində də ölkə iqtisadiyyatının ən ciddi problemi qarşılıqlı borclar və ödənişlərin problemini xatırladır. O vaxta qayıdırıq. Yaranmış böhran sistemsizliyin böhranıdır. Çox pul olanda çox xərcləyirlər, az olanda da az. Qaydasızlığın və vahid sistemin olmamasının böhranıdır. Transfertlər limitləşdirilmir. İndiyə qədər qızıl qaydalar hazırlamayıblar. Yekə-yekə danışmaqlarına baxmayın. Pis gündədirlər! Ritorikaları daxili təlaşdan xəbər verir. Daxili müvazinətləri itir.
Yaratdıqları böhranın kənarında səbəblər və səbəbkarlar axtarırlar! Bu da xilas yolu deyil!”

Hurriyyet.org
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите код:


MƏDƏNİYYƏT


REGİON
MÜSAHİBƏ




«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
QALEREYA