» » “Vətəndaşın əsəblərini tarıma çəkən o yaman əllər kəsilməlidir”

“Vətəndaşın əsəblərini tarıma çəkən o yaman əllər kəsilməlidir”

  • “Vətəndaşın əsəblərini tarıma çəkən o yaman əllər kəsilməlidir”

    Hurriyyet.org xəbər verir ki, tanınmış iqtisadçı ekspert, millət vəkili Vahid Əhmədov ölkə əhalisini narahat edən ən aktual problemlərdən biri haqqında maraqlı fikirlər səsləndirib:
    “Biz yalnız bank sistemində rəhbərliyi dəyişməklə ölkənin yaman gündə olan bank sistemindəki vəziyyəti dəyişə bilmərik. Təsəvvür edin, qara bazarın meydan sulamasına görə kimlərisə işdən çıxardılar. Amma bu gün də qara bazarda vəziyyət acınacaqlı olaraq qalır. İnsanlar xaricə gedərkən dollar tapa bilmirlər. Hər gün mənə onlarla müraciət olur ki, övladımı xaricə müalicəyə aparmaq istəyirəm, amma dollar tapmıram və ya digər bu kimi çoxsaylı müraciətlər olur. Amma vətəndaş çıxılmaz durumda qalır. Axı niyə? Kimdir bunları yaradanlar? Vətəndaşın əsəblərini tarıma çəkən o yaman əllər kəsilməlidir. Mərkəzi Bank, Neft Fondu və digər mənbələrdən banklar külli miqdarda dollar əldə edir. Bəs hara gedir o pullar? Niyə açıq satışa çıxarıb vətəndaşlara vermirlər? Yeri gəlmişkən, mən hüquq-mühafizə orqanlarına səslənirəm ki, onlar bu məsələdə araşdırmalarını daha dərindən aparsınlar və bu vəziyyəti yaradanları xalqın gözü önündə cəzalandırsınlar. Yoxsa kimlərsə əyri yollarla külli miqdarda pullar qazansın, günlərin birində də ona desinlər ki, sən düz işləməmisən, gəl çırpışdırdıqlarını da götür çəkil kənarda bala-bala ye. Axı belə olmamalıdır. Bu əməlləri törədənlər cəzalanmalıdır ki, hamıya görək olsun”. /Moderator.az/

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Nisan 2017    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    QALEREYA