» » Alla Puqaçovaya qarşı erməni təxribatı

Alla Puqaçovaya qarşı erməni təxribatı

Alla Puqaçovaya qarşı erməni təxribatı
Manukyan 100 min adamı müğənniyə qarşı petisiyaya cəlb elədi

Erməni əsilli Rusiya vətəndaşı Vadim Manukyan məşhur Rusiya müğənnisi Alla Puqaçovaya qarşı petisiyaya başlayıb. Yeni il buraxılışından sonra Rostov-Dondan olan erməni sənətçinin bir daha bayram konsertlərində iştirak etməməsi üçün tərəfdarlar toplayır.
Ənənəyə görə, bir çox kanallar yeni il gecəsi üçün hazırladıqları konsert proqramlarına məşhur estrada ulduzlarını dəvət edirlər. Rusiyanın Birinci kanalı da hər il olduğu kimi bu il Alla Puqaçova, Maksim Qalkin, Filip Kirkorov və digər tanınmış sənət adamlarının çəkildiyi konsert proqramını təqdim edib. Amma bayramdan sonra kanal ittiham olunur. Telekanalın bir neçə verilişiylə yanaşı yeni il buraxılışı da hədəfə tuş gəlib.
Erməni Manukyan petesiyanı kanal 1-in rəhbərl Konstantin Ernesteyə yönəldərək bunları yazıb: “Mənə elə gəlir ki, siz təcili səhvləriniz üzərində işləməlisiz. Yeni il üçün hazırladığınız proqram səhvlərin son həddidir. İnanın, daha heç kim “Primadonnanın qonaqlari” masasının arxasında olmaq istəmir. Əgər inanmırsızsa, petisiyanın sonunda yazılan şərhlərə baxın.”
Qəribəsi odur ki, erməninin bu etirazına Alla Puqaçovanın bəzi həmkarları da dəstək verib. Hətta tanınmış bəstəkar Maksim Fadeyev yeni il şousunu “cəhənnəm əzabı” adlandırıb.
Eyni fikirdə olan Qriqoriy Leps də “Mavi işıq” gecəsinə yaşlı müğənniləri deyil, cavanları dəvət etməyin vacib olduğunu vurgulayıb. O bildirib ki, hazırkı rus estradası 45-70 yaş arasında olan sənətçiləri əhatə edir: “Bu isə nonsensdir”.
Rusiya mətbuatının verdiyi məlumata görə, petesiyanı 100 mindən artıq adam imzalayıb.

Altunay, Hurriyyet.org

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ




«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
QALEREYA